Ankara Tehrandan “soyqırım”la bağlı izahat tələb edib
Lent.az-ın “CNN Turk”ə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İran hakimiyyətindən prezident müavinin “soyqırım” məsələsi ilə bağlı mövqeyinə aydınlıq gətirməsini tələb edib.
Xatırladaq ki, Baqai İkinci dünya savaşı zamanı müttəfiqlərin İranı ələ keçirməsinin 70 illiyinə həsr olunmuş “İran: Qələbə körpüsü” adlı toplantıda çıxışı zaman deyib: “Osmanlı imperiyası 100 il qabaq -1915-ci ildə ermənilərə qarşı soyqırım törədib. İndi Osmanlı imperiyası mövcud deyil. Ancaq Ermənistan Türkiyədən tələb edir ki, rəsmi şəkildə üzr istəsin və buna görə kompensasiya ödəsin”.
İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki Ankaranın tələbinə münasibət bildirərək vurğulayıb ki, rəsmi Tehranın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib.
Buna baxmayaraq, Türkiyənin Tehrandakı səfirinə məsələni araşdırmaq tapşırılıb.
Sədrəddin Soltan

792