Ərəb sahibkar işçisinin bədəninə 24 mismar vurub
Səudiyyə Ərəbistanında bir sahibkar işçisinin bədəninə 24 mismar vuraraq onu cəzalandırıb. Lent.az-ın “BBC”ə istinadən verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən 49 yaşlı qadın cərrahiyə əməliyyatı olunacaq.
Zərərçəkənin qohumunun söylədiyinə görə, sahibkar Şri-Lankadan olan Ariyavati adlı qadını cəzalandırılmaq üçün bu hala salınıb. Xəstəxananın müdiri bildirib ki, rentgen müayinəsində qadının bədənində 24 ədəd mismar və iynə tapılıb. Mismarların əksəriyyəti 5 santimetr dərinliyə qədər girib. Həkim bildirib ki, mismarlardan biri qadının alnına girib və bəxti gətirib ki, dərisinin altında qalıb.
Qadın hələ sağalmasa da, ölüm təhlükəsi artıq keçib. Həkimlərin bildirdiyinə görə, Ariyavati daha çox psixoloji zədə alıb. Onun özünə gəlməsi və başına gələnləri danışması üçün zamana ehtiyac var.
Şri-Lanka rəhbərliyinin bildirdiyinə görə, artıq məsələ ilə bağlı araşdırmalar başlanıb. KİV-in məlumatına görə, 1 milyon 800 min şri-lankalı ölkə hüdudlarından kənarda çalışır. Onların 70 faizi qadındır.

635