İran Xəzəri də qurudacaq
Özlərini Xəzərin yiyəsi kimi aparan Moskva və Tehran o zaman həmin fikirdən tez daşındı.
Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, Tehran hakimiyyəti bu su hövzəsindən ölkənin Semnan əyalətinin Damqan rayonuna su çəkmək niyyətindədir. Məsələnin araşdırılması ilə bağlı mərkəz də yaradılıb. Bu məqsədlə İranın Kənd Təsərrüfatı Nazirliyinin təmsilçiləri bölgədə olub.
Mərkəzin açılışı mərasimində kənd təsərrüfatı nazirinin müavini ilə yanaşı, əyalətin icra başçısı, məclisin Damqandan olan üzvü və hökumətin başqa təmsilçiləri də iştirak edib.
Həmin qurumun qarşısında duran əsas vəzifə Xəzərdən ildə 2 milyard kub metr suyun İranın mərkəzi bölgəsinə, özəlliklə Simnan əyalətinə çatdırılmasıdır.
Xəzərdən gətiriləcək su ilə hakimiyyət ölkənin bu bölgəsində su çatışmazlığını həll etməyi planlaşdırır. Bu məqsədlə İran prezidenti Mahmud Əhmədinejat Simnanın su ilə təchiz olunması üçün ölkənin energetika nazirinə birbaşa tapşırıq verib. Xəzərdən çəkiləcək kanal suyu əvvəlcə Damqana, oradan isə Şahrud və Simnan əyalətlərinin şəhərləri arasında paylanacaq.
Xatırladaq ki, Tehran hakimiyyətinin “su təchizatı” siyasəti ucbatından Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığındakı eyni adlı göl qurumaq üzrədir. Xəzərin təbiətinin qorunmasına dair beynəlxalq qanuna əsasən, bu sayaq məsələlər Xəzəryanı dövlətlərlə də müzakirə edilməlidir. Əks halda Tehran Xəzəri də Urmiya gölü kimi qurudacaq…
Sədrəddin Soltan

Oxşar yazılar

Tısbağa uşağı öldürdü - Görün necə
12 iyun 2025 , 11:24
ABŞ məlumat alıb - İsrail İrana hücuma hazırdır
12 iyun 2025 , 05:16
Sabiq nazir maliyyə cinayətlərində ittiham olunaraq həbs edildi
12 iyun 2025 , 03:11
Cənubi Afrikaya qar yağdı: 50-yə yaxın insan öldü - YENİLƏNİB
11 iyun 2025 , 23:48
Lukaşenko yenidən kartof qıtlığından şikayətləndi
11 iyun 2025 , 18:42
İnəklər 91 yaşlı qadını tapdalayıb öldürdü
11 iyun 2025 , 15:50
Dubayda dünyanın ən hündür metro stansiyası inşa ediləcək
11 iyun 2025 , 06:45