Fransada islam dünyasını qarışdıracaq afişa
Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat verdi, İsveçrədəki sağçı partiya da afişasının oğurladığı qənaətindədir, məhkəməyə hazırlaşır
Fransada radikal sağçı Milli Cəbhə Partiyası 4-21 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri üçün mübahisələrə yol açacaq afişa hazırlatdırıb.
Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, afişada Əlcəzair bayrağı və minarələrlə əhatə olunmuş, üstünə “İslama yox!” şüarı yazılmış Fransa xəritəsi var.
Milli Cəbhə Partiyası bələdiyyə seçkilərində islam xofunu gündəmə gətirərək, səslərini artırmaq niyyətindədir. Hazırda bu afişa Fransanın bütün küçələrində asılıb. İnsan Haqları Dərnəyi afişalarla bağlı Marsel Məhkəməsinə müraciət etsə də, prosedur əsas gətirilərək, müraciət geri qaytarılıb. Milli Cəbhə Partiyasının vəkili məhkəmə önündə jurnalistlərə açıqlamasında deyib ki, afişa islama qarşı deyil, islamizmə qarşıdır.
Digər iki dərnək də afişalarla bağlı Milli Cəbhə Partiyasını məhkəməyə verib. Məhkəmə prosesi bələdiyyə seçkilərindən sonra, may ayında keçiriləcək.
Afişa Əlcəzair və Fransa arasında diplomatik qalmaqala səbəb olub. Əlcəzairin Xarici İşlər Nazirliyi afişalarla bağlı etiraz bəyanatı verib. Əlcəzairdəki siyasi partiyalar, ictimai təşkilatlar və mətbuat afişaları şovinizmin təzahürü kimi qiymətləndirirlər.
Fransada Milli Cəbhə Partiyasının afişalarının keçən il İsveçrədəki radikal sağçı İsveçrə Mərkəz Demokrat Birliyi Partiyasının minarələrlə bağlı referendum öncəsi hazırlatdığı afişalara bənzəməsi də diqqət çəkib. İsveçrə Mərkəz Demokrat Birliyi Partiyası Fransa Milli Cəbhə Partiyasının oxşar afişalardan icazəsiz istifadə etdiyinə, plagiata yol verdiyinə görə məhkəməyə baş vurmağa hazırlaşır.
Qeyd edək ki, Milli Cəbhə Partiyasının lideri Jean-Marie Le Pen keçən həftə keçirdiyi mitinqdə bildirib ki, minarələr Fransada islamın simvoludur və azan səsinin Fransa küçələrində ucalmasına az qalıb.
Milli Cəbhə Partiyasının bələdiyyə seçkilərində 6-8 faiz səsə alacağı gözlənilir.

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47