Xatəmini Avropaya getməyə qoymadılar
İran İslam Respublikası rəhbərliyinin hakimiyyətiçi və seçkidən sonrakı müxalifətə qarşı təzyiqləri davam edir.
Lent.az-ın İran KİV-nə istinadən yaydığı məlumata görə, hakimiyyət keçmiş prezident Məhəmməd Xatəminin ölkəni tərk etməsinə icazə verməyib. Xəbərdə bildirilib ki, keçmiş hökumət başçısı Avropa dövlətlərinə səfər etməyi planlaşdırıbmış.
Məsələyə dair ətraflı məlumat yayılmayıb və bu yasağın səbəbi də açıqlanmayıb.
Məlum olduğu kimi, M.Xatəmi İranda islahatlara başlamağın vacib olduğunu prezident olarkən açıq söyləyən ilk hakimiyyət adamıdır. Ötən ilin yayında keçirilmiş prezident seçkisində namizədlikdən imtina edərək, Mirhüseyn Musəvini dəstəkləmişdi.
Bundan başqa, o, hələ ötən illərdə prezident Mahmud Əhmədinijatın iqtisadi, daxili və xarici siyasətini tənqid edir, onu bu sahələrdə elmi-proqramsızlıqda suçlayırdı.
Bu yaxınlarda isə “Etimad” qəzetinə müsahibəsində M.Xatəmi bildirib ki, seçkidən sonra başlamış böhran davam edir. Onu müsahibəsi çıxandan sonra qəzeti qapadıblar.
Xatırladaq ki, Nobel Sülh mükafatı laureatı Şirin İbadi bir müddətdir Avropa ölkələrindən birində yaşayır. Ehtimal olunur ki, M.Xatəmi hakimiyyətin repressiyanı gücləndirəcəyindən ehtiyatlanaraq, Avropaya getmək qərarına gəlibmiş. Hakimiyyət isə onu “törətdiyi bütün cinayətlərə cavab vermək üçün” ölkədə saxlamaq qərarına gəlib.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47