ABŞ İran-Ermənistan əməkdaşlığına göz yumur
1975-ci ildən tikintisinə başlanılan Buşəhr Atom Elektrik Stansiyasının açılışı oldu. ABŞ və Britaniya hakimiyyətləri bunu İslam Respublikasının haqqı saydı. Tehran hakimiyyəti də Buşəhrlə bağlı bəyanatlarında elə bu cür ifadələrdən istifadə edir. Bu baxımdan, Vaşinqtonun və bu məsələ ilə bağlı müttəfiqlərinin mövqeyi İslam Respublikasının atom-nüvə proqramı kimi qeyri-şəffaf olaraq qalmaqdadır. Rusiya və Çin bir yandan atom-nüvə proqramına görə İrana tətbiq olunan qətnaməyə səs verir, o biri tərəfdən isə Tehranla alverdədir.
ABŞ İranla əməkdaşlıq edənlərə münasibətdə də «ögey-doğma» fərqi qoyur. İslam Respublikası ilə hərtərəfli, hətta hərbi sahədə əməkdaşlıq edən Ermənistana indiyə kimi «gözün üstə qaşın var» deməyib. Əksinə, Türkiyəni məcbur edib ki, bu işğalçı dövlətlə sərhədləri açsın. Bu azmış kimi, Rusiyanın hərbi bazası olan bir ölkədə, Ermənistanda NATO hərbi təlimlər keçirir və Türkiyəni də sərhədləri müvəqqəti açmağa məcbur edir. Düzdür, rəsmi Ankara bu «sərhəd açılması» məsələsindən imtina edərək, NATO-ya «yol verməyə» də bilər. Bu haqqı ona NATO-nun nizamnaməsi verir. Ancaq görünür, belə müstəvilərdə gerçəklik haqqı udur.
İran Ermənistana isti münasibəti o dərəcəyə çatıb ki, hətta yeni AES blokunun tikintisində Tehranın Yerevana maliyyə yardımı edəcəyi haqla xəbərlər də dolaşmaqdadır. Təbii ki, onların biri-birinə bu dərəcədə yaxınlığı, əməkdaşlığın genişləndirilməsinin boşuna olmadığı ehtimalı da az deyil. Ən maraqlı məqamlardan biri də budur ki, Ermənistan-İslam Respublikası əlaqələrinə rəsmi hələ də Vaşinqtondan etiraz yoxdur. Onda belə çıxır ki, Azərbaycan torpaqlarını işğal etmiş, İranla bütün sahələrdə əməkdaşlıq edən Ermənistanı Tehran, Vaşinqton və Moskva birlikdə himayə edir. Əks halda, Yerevanla Tehran əlaqələrinə Vaşinqton öz etirazını bildirərdi.
Başqa dövlətlərə münasibətdə bunu həmən bəyan edir. Ötən gün ABŞ rəsmiləri bəyan etdi ki, İranla iqtisadi əlaqə saxlayan Türkiyə şirkətlərinin siyahısı çıxarılacaq. İslam Respublikasının energetika, hərbi və atom sahələri ilə əməkdaşlıq edən şirkətlərinə
sanksiya tətbiq ediləcək.
Bu məsələdə Ermənistanın İranla əlaqələrinə ABŞ-ın göz yumması müəyyən mənada anlaşıqlı görünmür.
İranla Ermənistan arasında dəmiryolu xətti çəkilir. Bir neçə gün öncə Rusiyanın nəqliyyat naziri İqor Levitin bildirib ki, İran-Ermənistan dəmiryolu layihəsində texniki işləri başa çatdırıb. Bu nəqliyyat vasitəsi ilə həm hərbi, həm energetika, həm də atom-nüvə sahəsində avadanlıq daşımaq mümkündür.
Lent.az-ın «ARKA»-ya istinadən məlumata əsasən, ilkin hesablamalara görə,
bu xəttin dəyəri 2 milyard dollara bərabərdir.
Qeyd edək ki, bu yolun uzunluğu 540 km-dir. Onun 480 km-i Ermənistan, 60 –ı isə
İran ərazisindən keçəcək.
Bu yolla İran hakimiyyəti həm də Avropaya çıxmaq niyyətindədir.
Heç kəsə sirr deyil ki, Qafqazdan Cənubi Afrika Respublikasına qədər (İsrail və İranı çıxmaq şərti ilə) atom texnologiyasına və Atom Elektrik Stansiyasına malik yeganə ölkə Ermənistandır. Bu ölkədəki AES və nüvə texnologiyasının yaşı İrandakından çoxdur.
Çox maraqlıdır, ABŞ rəsmiləri çıxışlarında İrana atom-nüvə texnologiyasının qaçaq yolu ilə Pakistan və Şimali Koreyanın satdığını desə də Ermənistanla bağlı heç bir
araşdırma aparılmır. İndiyə kimi ABŞ və Atom üzrə Beynəlxalq Agentlik Ermənistanın bu məsələdə əii olmadığı barədə açıqlama verməyib.
Hər kəsə bilir ki, ötən 20 ilə yaxın bir müddət ərzində qaçaq yolu ilə İrandan Ermənistana və əksinə marşrutla müxtəlif mallar, o cümlədən mənşəyi bəlli olmayan məhsullar da keçirilib. Belə qanunsuz ticarət əlaqələri zamanı Yerevandan Tehrana atom hərbi sahəyə dair avadanlığın ötürülüməməsinə təminat verən varmı? Nəzərə almaq lazımdır ki, sovetlərin dağılmağa başladığı ilk illərdə Moskva Güney Qafqazdakı hərbi texnika və bu sahədəki avadanlığı Ermənistana etibar edirdi.
Lent.az-ın «Armenia Today»-yə istinadən məlumatına görə, bu ölkənin energetika naziri Armen Movsisyan bildirib ki, Buşəhr AES-də erməni atom mütəxəssisləri işləməyib.
Belə çıxır beynəlxalq ictimaiyyət rəsmi Yerevanın bütün bəyanatlarına inanır. Onu da xatırladaq ki, hələ Mahmud Əhmədinijat prezident olmazdan öncə İslam Respublikasının atom sahəsinə embarqo daha ciddi olduğu illərdə Rusiyanın İrana nüvə texnologiyasını Ermənistandan ötürdüyü haqda dünya mətbuatında, o cümlədən də Qərb KİV-də xəbərlər yayılmışdı.
Bundan başqa, Ermənistanın verdiyi bu sayaq bəyanatlar indiyə kimi nə Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri, nə də ABŞ-ın uyğun qurumları tərəfindən yoxlanılmayıb. Yoxlama aparılmadığından belə ehtimal etmək olar ki, Buşəhr AES-in açılışında ABŞ-da maraqlı olub və Rusiya ilə birlikdə Ermənistandan İrana atom avadanlığını keçirilməsinə imkan verib.
Sədrəddin Soltan

729