30 yaşlı kişi birə dərmanından  zəhərlənib öldü
12 iyun 2025 08:24 (UTC +04:00)

30 yaşlı kişi birə dərmanından zəhərlənib öldü

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib.

Belə ki, azyaşlı uşaq "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362

Oxşar yazılar