Niyə "çox qaynar" duş  qəbul etmək olmaz? - SƏBƏB
12 iyun 2025 10:42 (UTC +04:00)

Niyə "çox qaynar" duş qəbul etmək olmaz? - SƏBƏB

Bir çoxumuz isti duşda isinməyi çox sevirik, suyun temperaturunu isə bəzən olduqca yüksək edirik. Amma bu, orqanizm üçün zərərli deyilmi?

Bu barədə Lent.az bəzi məlumatları sizə təqdim edirik:

Niyə çox isti duş qəbul etmək olmaz?

Həkim Məks Maddaxali isti suyun dəriyə zərərli təsirini ətraflı izah edib.

"Dərinizdə onu nəmləndirən təbii yağlar var. İsti su isə bu yağları tamamilə yuyub aparır, nəticədə dəri quruluğu yarana bilər". Bundan əlavə, ekspert vurğulayıb ki, çox yüksək su temperaturu dərialtı qan damarlarının genişlənməsinə səbəb ola bilər, bu da dərinin qızarması və qıcıqlanması ilə nəticələnə bilər.

"İsti su saçlara da zərər verə bilər. Üstəlik, əgər çox isti duşu uzun müddət qəbul etsəniz, bu, arterial təzyiqin düşməsinə və hətta huş itirməyə gətirib çıxara bilər". Çox isti suda uzun müddət duş qəbul etmək bədən temperaturunu artıraraq başgicəllənmə və hətta istilik vurmasına səbəb ola bilər.

Soyuq duş da zərərlidir

Eyni şəkildə, uzun müddət soyuq duş qəbul etmək də bədən temperaturunun düşməsinə, başgicəllənməyə və nəfəs tezliyinin azalmasına səbəb ola bilər. Duş zamanı özünüzü necə hiss etdiyinizə diqqət yetirmək və mümkün olduqda orta temperaturu qorumağa çalışmaq çox vacibdir.

Qeyd edək ki, boyalı saçlara sahib olanlar üçün yüksək temperatur boyanın rənginin daha tez solmasına səbəb olur, halbuki ilıq su ilə yuyunma rəngin qorunmasına kömək edir. Vacibdir ki, duş qəbul edərkən öz bədəninizin vəziyyətinə diqqət edəsiniz və lazım olduqda orta su temperaturuna üstünlük verəsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar