Sumqayıtda yeniyetmə həmyaşıdını bıçaqladı
11 iyun 2025 21:35 (UTC +04:00)

Sumqayıtda yeniyetmə həmyaşıdını bıçaqladı

Sumqayıtda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Lent.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, şəhər sakini, 2008-ci il təvəllüdlü M. M. aralarında yaranmış şəxsi mübahisə zəminində 2007-ci il təvəllüdlü N. A.-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958

Oxşar yazılar