ABŞ məlumat alıb - İsrail İrana hücuma hazırdır
12 iyun 2025 05:16 (UTC +04:00)

ABŞ məlumat alıb - İsrail İrana hücuma hazırdır

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmilərinə İsrailin İrana qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib.

“ABŞ İranın qonşu İraqdakı bəzi ABŞ hərbi obyektlərinə cavab zərbələri endirəcəyini gözləyir”, - telekanalın məlumatında qeyd edilir.

Məlumata görə, Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarına İraqı tərk etmələri barədə göstəriş verməsinin səbəblərindən biri də budur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar