Rusiyanın cənubunda ölümcül xəstəlik yayılır
Lent.az-ın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, ən mürəkkəb vəziyyət Volqoqrad vilayətindədir. Artıq 6 nəfər ölüb, 170 nəfərə virusa yoluxub. Yoluxma hallarına Həştərxan, Voronej və Rostov vilayətlərində də rast gəlinib.
Öldürücü təhlükəyə malik virus adi ağcaqanadlar vasitəsi ilə yayılır. Virus beyin və əsəb sistemini sıradan çıxarır. Xəstəliyə qarşı dərman yoxdur. Virusun inkişaf dövrü 5 gündür. Yoluxan şəxsin hərarəti sürətlə yüksəlir. Virus uşaqlar və 50 yaşdan yuxarı olan şəxslər üçün daha təhlükəlidir.
Voljsk şəhər sakini Yekaterina İqnatova deyib ki, bir nəfərin temperaturu qəfil qalxıb, həmin şəxs xəstəxanada yerləşdirilsə də, 3 saatdan sonra vəfat edib.

798