Siçovullar şəhəri ələ keçiriblər
27 avqust 2010 18:16 (UTC +04:00)

Siçovullar şəhəri ələ keçiriblər

0
İtaliyanın Milan şəhərinin tarixi mərkəzi siçovulların hücumuna məruz qalıb. Lent.az-ın “Corriere della Sera” qəzetinə istinadən verdiyi məlumata görə, gəmiricilər Brera rayonuna hücum edərək bir neçə şəhər parkını tutublar.

Siçovullar azad şəkildə parkda gəzirlər, ağaca çıxırlar, kafelərin qarşısına toplaşırlar, küçələrdə gəzirlər, yerli sakinləri və turistləri vahiməyə salırlar. Onları daha çox zibil qutuları cəlb edir. Bu zibil qutularında xeyli ərzaq tullantısı var.

Ekspertlər bildirirlər ki, Milanda siçovulların böyük bir koloniyası yaşayır. Onların sayı 13 milyona çatır və tezliklə 15 milyona qədər artacağı gözlənilir. Bələdiyyə hazırda siçovullarla mübarizədə aciz qalıb. Şəhər hökumətinin nümayəndələri bildirirlər ki, siçovullar çox “ağıllıdırlar” və tələyə düşmürlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1310

Oxşar yazılar