Tehran rəsmisi «erməni soyqırımı»nı tanıyır...
Müsəlman dünyasında ikiüzlülüyü ilə seçilən Tehran hakimiyyəti isə həmişə buna şərait yaradır. Bu azmış kimi, belə mərasimlərdə dövlət rəsmiləri də iştirak edir.
İslam Respublikası prezidentinin müavini, turizm və tarixi abidələrin müdafiəsi idarəsinin, azad iqtisadi zona mərkəzinin sədri Həmid Baqainin çıxışı İrandakı mövcud rejimin əsl üzünü bir daha açıq şəkildə göstərdi.
Tehranda İkinci dünya savaşı zamanı müttəfiqlərin (1941-ci ildə keçmiş sovet qoşunu və ingilislər İrana girərək, bu ölkəni alman faşistlərinin nəzarətindən çıxartdılar) İranı ələ keçirməsinin 70 illiyinə həsr olunmuş «İran: Qələbə körpüsü» adlı toplantıda çıxışı zaman Əhmədinijatın müavini tarix haqda biliyini nümayiş etdirməyə çalışıb: «Osmanli imperiyası 100 ilə qabaq, 1915-ci ildə ermənilərə qarşı soyqırım törədib».
Lent.az-ın İRNA-ya istinadən məlumatına görə, hakimiyyət təmsilçisi daha sonra deyib: «İndi Osmanlı imperiyası mövcud deyil. Ancaq Ermənistan Türkiyədən tələb edir ki, rəsmi şəkildə üzr istəsin və buna görə kompensasiya ödəsin».
Oxşar çıxışı Tehranın Yerevandakı səfiri Seyid Saqian da etmişdi.
Ermənistan Respublika Partiyasının təmsilçisi Hagik Melikyan deyib ki, rəsmi Tehranın təmsilçisinin bu çıxışı tarixi həqiqətin etirafıdır.
Ən təəssüfləndirici hal odur ki, 1918-ci ilin martında Salmas, Xoy, Urmiya və başqa şəhərlərində ermənilərin müsəlman türklərə qarşı etdiyi soyqırımdan indiyə kimi islam Respublikasının heç bir rəsmisi danışmayıb.
Hələ ötən il Ermənistan prezidenti Sarkisyan İrana səfəri çərçivəsində Tehranda erməni icmasına məxsus «Ararat» mədəni-idman kompleksində, soydaşlarının təmsilçiləri ilə görüşündə İslam Respublikası ilə dostluq münasibətinə toxunaraq, İranın ölkəsi üçün «etibarlı qonşu» olduğunu dəfələrlə təsdiqlədiyini söyləmişdi. Ermənistan-Türkiyə münasibətlərindən danışan erməni lider onu demişdi ki, ölkələrarası əlaqələrin yaxşılaşması «soyqırım»ı şübhə altına qoymamalıdır və bu məsələdə «biz heç bir şərti qəbul edə bilmərik».
Bir də Türkiyədəki hakimiyyətin İrandakı iqtidarın atom-nüvə proqramını dəstəkləməsi ilə balı sənədin heç mürəkkəbi də qurumayıb.
Xatırladaq ki, bu günlərdə rəsmi Ankara İranı «Türkiyə Cümhuriyyətinin milli təhlükəsizliyini təhdid edənlərin siyahısı»ndan çıxarıb.
Sədrəddin Soltan

682