Təbrizdə konsert qadağası
İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərində ənənəvi olaraq keçirilən konserti əngəlləyib. Lent.az-ın “cultradio”-ya istinadən yaydığı xəbərə görə, bu tədbirin ləğvinə səbəb ansambllardan birində iki qadının olmasıdır.
“Frans press” bildirib ki, İranda tanınmış müğənni Humayun Şairianın bu həftənin sonunda keçirilməsi nəzərdə tutulan konserti də ləğv edilib. Agentliyin məlumatına əsasən, qadınların belə çıxışları islam Respublikasının yürütdüyü siyasi-ideoloji xətlə ziddiyyət təşkil etdiyindən bu mərasimlər baş tutmayıb.
Xatırladaq ki, bu ölkədə qadınların musiqi alətlərində ifa edərək, kütləvi tədbirlərdə çıxışına icazə verilir. İslam Respublikasının qanunlarına əsasən zərif cinsin nümayəndələri ansambllarda ifa etməklə yanaşı, qruplarda oxuya da bilərlər. Ancaq onların solo oxuması yasaqlanıb. Qadınların solonu yalnız salondakı həmcinsləri üçün ifa etmək hüququ var.
Təbrizdəki hakimiyyət təmsilçiləri də bu xəbəri təsdiqləyərək, bildiriblər ki, konsertin təxirə salınmasına səbəb musiqi qrupunda qadının olmasıdır və təhlükəsizlik baxımından tədbir keçirilməyəcək.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47