Rusiya çex jurnalisti ölkədən çıxarır
18 fevral 2010 13:45 (UTC +04:00)

Rusiya çex jurnalisti ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi Radio Praqa televiziyasının Moskvadakı müxbiri Yozef Pazderkenin vizasının müddətini uzatmayıb.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, jurnalist bunun səbəbini başa düşmədiyini söyləyib.

Radio Praqa televiziyasının rəhbərliyi isə bunu Çexiya və Rusiya arasındakı casus oyununun bir mərhələsi kimi qiymətləndirib.

Qeyd edək ki, keçən ilin yayında Çexiya Rusiyanın “Parlamentskaya qazeta” qəzetinin müxbirini casusluqda günahlandıraraq, ölkədən çıxarıb. Praqa Radio telekanalı müxbirinin viza müddətinin uzadılmamasını Rusiyanın keçən ilin yayında baş vermiş olaya cavab reaksiyası sayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar