İran Xəzərə girir
15 fevral 2010 17:15 (UTC +04:00)

İran Xəzərə girir

Ötən il İran 2009-cu ilin payızında Xəzərdə geoloji-kəşfiyyat işlərinə başlayacağını bəyan etmişdi. Fevralın 15-də İslam Respublikası bildirib ki, Xəzərin ona aid hissəsində geoloji-kəşfiyyat işlərinə başlayıb. Xəzərin bu hissəsində qazılacaq üç quyu vasitəsi ilə Tehran bu su hövzəsinin özünə aid hissəsində neft ehtiyatını müəyyən etmək istəyir.

İranın “əl-Aləm” peyk televiziyasının yaydığı xəbərə görə, geoloji-kəşfiyyat işləri dənizin 1,5 min metr dərinliyində aparılacaq. Yerli KİV-in məlumatında qeyd olunub ki, İran bununla Xəzərdəki Azərbaycan, Türkmənistan, Rusiya və Qazaxıstanın iddia etdiyi təbii sərvətlərdən öz payını almağa cəhd göstərir.

“Mehr” xəbər agentliyinin məlumatına əsasən, İranın “Şimal” qazma şirkətinin icraçı direktoru Hidayətulla Xadimi deyib ki, ilk quyunun dərinliyi 550 metrdir. Hazırda geoloji-kəşfiyyat idarəsi “Əmir Kəbir” adına platformada aparılır.

Onu da xatırladaq ki, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin statusu ilə bağlı məsələni öz aralarında 2003-cü ildə qismən həll edib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar