İnsan sümüyü kolleksiyaçısı!
Polis 5 nəfərin sümüyündən mükəmməl bir skelet düzəldən kolleksiyaçını axtarır
Baş rollarda “Hollivud” ulduzları Ancelina Coli və Denzel Vashingtonun oynadığı “Sümük kolleksiyaçısı” adlı film İtaliyada gerçək olub.
Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, 2007-ci ildə Roma şəhərində yol çəkilişi zamanı işçilər bir insan skeleti aşkarlayıblar.
Bütün sümüklərin yerli-yerində olduğu skeletin yaxınlığında bir qadın çantası tapılıb. Çantadan çıxan şəxsiyyət vəsiqəsi 77 yalı Libero Ricci adlı bir qadına aid olub. Ancaq Libero Riccinin qohumları skeletin üzərindəki ayaqqabıların bu xanıma aid olmadığını söyləyiblər. Bundan sonra skeletin sümüklərinin hamısı Romadakı La Sapienza Universitetinə aparılıb və laboratoriyada genetik analizdən keçirilib.
Analiz inanılmaz nəticə ortaya qoyub. Məlum olub ki, bu sümük parçaları 22-55 yaş arasında olan 5 nəfərə aiddir. Başqa sözlə, skeletin sümükləri 2002-2005-ci illər arasında ölən 44-55 yaşlı, 1992-1998-ci illər arasında ölən 20-35 yaşlı və 1995-2000-ci illər arasında ölən 20-35 yaşlı 3 qadına, 2002-2006-cı illər arasında ölən 35-45 yaşlı və 1986-1989-cı illər arasında ölən 25-40 yaşlı 2 kişiyə aiddir. Polis həmin şəxslərin öldürüldüyünü və yaxınlarının onları itkin saydığını düşünür. Kolleksiyaçının çox ustalıqla quraşdırdığı bu skeletdəki sümüklərin heç birində xırda bir zədə izinə də rast gəlinməyib.
Məhkəmə tibbi ekspertizası da skeletdə 5 müxtəlif insanın sümüyü olduğunu təsdiqləyib. Məsələ bu günlərdə İtaliyada mətbuat və ictimaiyyətə məlum olub.
Prokuror Marcello Monteleone olayla bağlı tədqiqat aparsa da, bu günə qədər bu sümüklərin digər 4 sahibi və bu sümükləri toplayan kolleksiyaçı tapılmayıb. Polis mətbuat vasitəsi ilə ictimaiyyətə müraciət edib və yaxınları itkin düşmüş insanların polisə müraciət edərək, onların gen müayinəsindən keçmələrini tövsiyə edib.

Oxşar yazılar

Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43