ŞOK! Atası fərqli olan əkiz uşaqlar doğulub
29 yanvar 2010 12:00 (UTC +04:00)

ŞOK! Atası fərqli olan əkiz uşaqlar doğulub

Türkiyədə filmlərə mövzu olacaq şok bir olay baş verib. Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, 6 il əvvəl 24 yaşlı C.K. adlı qız Nevzat adlı ailəli və uşağı olan bir kişi ilə eşq yaşamağa başlayır.


Məsələni öyrənən ata və ana qızını bu yoldan çəkindirmək üçün mühafizəçi işləyən A.K. adlı bir nəfərlə nişanlayır. Nişanlı olduğu dövrdə müxtəlif səbəblərdən 4 dəfə nişan üzüyünü atan C.K. atasının təzyiqinə sona qədər dözməyib və 2006-cı ildə A.K ilə evlənir.


Ancaq evlənməsinə baxmayaraq, o, sevgilisi ilə əlaqəsini kəsmir. Əri işə getdikdən sonra gündüzlər Nevzatı evə çağıraraq sevişməkdə davam edir. Evliliyinin 15-ci günü hamilə qalan C.K. 2006-cı ilin dekabrında iki əkiz uşaq dünyaya gətirir. Gənc qadın bir ay sonra uşaqlardan birinin davamlı cinsi əlaqədə olduğu sevgilisi Nevzata bənzədiyini görür. Özünü itirən C.K. bir bəhanə əriylə dalaşır və evi tərk edir. C.K-nın evi tərk etməsindən sonra qonşularla danışan A.K.-ya məlum olur ki, arvadı gündüzlər elə evdə başqa birisi ilə olurmuş.


A.K. uşaqların DNT testi üçün özəl bir laboratoriyaya baş vurur. Gənc qadın sonradan evə qayıtsa da, o, testin nəticələri məlum olana qədər özünü sakit aparır. Laboratoriyadan testin nəticələrini öyrənən A.K. şoka düşür. Məlum olur ki, əkizlərin birinin atası o, digərininki başqasıdır. Onun qanını daşıyan əkizi C.K-nın əlindən alaraq, ata-anasına göndərən A.K. qadını digər uşaqla bərabər evindən qovur və məhkəməyə baş vurur.


C.K.-nın atası da qızını qəbul etmir. Qadının sevgilisi onu və uşağı qadın sığınacaq evində yerləşdirir. Qadın sonradan uşağı dövlət himayəsinə verir və 4 nəfər qadınla bir evdə kirayə yaşamağa başlayır.

3 il davam edən boşanma ilə bağlı məhkəmə prosesi də A.K.-nın lehinə qərar çıxarır. Əkizlərdən digərinin atasının A.K. olmadığı da qərarda qeyd olunub. Qadın isə ərinin və atasının onu öldürəcəyindən ehtiyatlanaraq məhkəməyə üz tutub və məhkəmə bu insanların 6 ay ərzində C.K.-ya yaxınlaşmamaları barədə qərar çıxarıb.
# 2100

Oxşar yazılar

Bu ölkədə bir gündə  200 zəlzələ oldu

Bu ölkədə bir gündə 200 zəlzələ oldu

23 aprel 2024 , 07:10
DƏHŞƏT:  Bir ərazidən 5 meyit tapıldı

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

23 aprel 2024 , 05:55
Britaniyadan Ukraynaya yarım milyardlıq yardım

Britaniyadan Ukraynaya yarım milyardlıq yardım

23 aprel 2024 , 04:50
Qarabağdan çıxan sülhməramlıllar Ermənistana gedib

Qarabağdan çıxan sülhməramlıllar Ermənistana gedib

22 aprel 2024 , 22:13
Bayden Zelenskiyə nə SÖZ VERDİ?

Bayden Zelenskiyə nə SÖZ VERDİ?

22 aprel 2024 , 21:37
Dünyanın əllə qazılan  ən dərin quyusu:   390 metrdən çoxdur

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

22 aprel 2024 , 15:52
Yük maşını dirəyə çırpıldı, ölənlər var

Yük maşını dirəyə çırpıldı, ölənlər var

22 aprel 2024 , 06:25
Zəncirvari qəzada 10 nəfər yaralandı

Zəncirvari qəzada 10 nəfər yaralandı

22 aprel 2024 , 04:08