İran Rusiyaya atom konsorsiumu yaratmağı təklif edib
Buşehr Atom Elektrik Stansiyasını (AES) və gələcəkdə tikiləcək yeni AES-i yanacaqla təmin etmək üçün İran Rusiyaya konsorsium yaratmağı təklif edib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri, vitse-prezident Əli Əkbər Salehi məlumat verib.
Əli Əkbər Salehi deyib ki, konsorsiumun fəaliyyətinin bir qismini Rusiya, digər qismini İran ərazisində keçirməyi təklif ediblər: “Hazırda Moskva təklifə baxır. İran dünyaya göstərməlidir ki, tək uran istehsal etmir, həm də onu atom yanacağına çevirir”.
Onun sözlərinə görə, bu gün Natanz Atom Mərkəzində 20 faiz zənginləşdirilmiş 25 kiloqram uran var. İran ilk atom yanacağı partiyasını gələn ilin avqust-sentyabr ayında almağı planlaşdırır.
Xatırladaq ki, avqustun 21-də İran Rusiyanın köməyi ilə Buşehr AEK-i işə salıb.

Oxşar yazılar

Gəlinin qohumları toyda rəqs edən bəyi döyüb öldürdülər
10 iyun 2025 , 14:19
Məktəbdə atışma: 11 nəfər öldü - VİDEO - YENİLƏNİB
10 iyun 2025 , 14:09
Aslan tualetə gedən iş adamını parçaladı
10 iyun 2025 , 13:09
ABŞ-da 6 nəfəri daşıyan təyyarə dənizə düşdü
10 iyun 2025 , 07:45
Moskva hava limanlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB
10 iyun 2025 , 06:11
Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19