Niyazovun qızıl suyuna çəkilmiş heykəli uçuruldu
Türkmənistanda ölkənin ilk prezidenti Saparmurat Niyazovun paytaxt Aşqabadda Prezident Sarayının yanındakı Arka qülləsinin zirvəsində qoyulmuş, qızıl suyuna çəkilmiş, günəşlə bərabər fırlanan heykəli götürülüb. Lent.az-ın ‘RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bitərəfliyinin rəmzi olan 75 metr hündürlükdəki Arka qülləsində qurulmuş bu heykəlin götürülməsi paytaxtın görünüşünün yaxşılaşdırılması istiqamətində görülən işlərlə əlaqələndirilib.
Prezident Qurbanqulu Berdıməhəmmədovun bu ilin yanvarında imzaladığı qərara görə, Ara qülləsi yenidən qurulacaq və onun hündürlüyü 20 metr artırılaraq 95 metrə çatdırılacaq. Yenidənqurma işləri 2011-ci ilin oktyabrına, Türkmənistanın müstəqilliyinin 20-ci ildönümünə qədər başa çatdırılacaq. Saparmurad Niyazovun heykəlinin yenidən qüllənin üzərində quraşdırılması isə planlaşdırılmayıb.
Qeyd edək ki, Arka 1998-ci ildə Türkiyənin “Polimeks” firması tərəfindən quraşdırılıb və 1998-ci il dekabrın 12-də təntənəli şəkildə açılışı keçirilib. Arkanın yenidən qurulması işlərini də bu firma həyata keçirəcək.

Oxşar yazılar

Gəlinin qohumları toyda rəqs edən bəyi döyüb öldürdülər
10 iyun 2025 , 14:19
Məktəbdə atışma: 11 nəfər öldü - VİDEO - YENİLƏNİB
10 iyun 2025 , 14:09
Aslan tualetə gedən iş adamını parçaladı
10 iyun 2025 , 13:09
ABŞ-da 6 nəfəri daşıyan təyyarə dənizə düşdü
10 iyun 2025 , 07:45
Moskva hava limanlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB
10 iyun 2025 , 06:11
Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19