Başbuğ: “Vicdansızlara səslənirəm...”
25 yanvar 2010 11:00 (UTC +04:00)

Başbuğ: “Vicdansızlara səslənirəm...”

“Türk ordusunun səbrinin bir həddi var, belə ittihamlar olmaz”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlker Başbuğ AKP hökumətini çevirmək üçün 2003-cü ildə hazırlandığı iddia edilən “Balyoz” planı barədə danışıb.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisi bildirib ki, hər bir iddianı araşdırırlar.

İlker Başbuğ deyib ki, söhbət 7 il əvvəllə bağlı bir iddiadan gedir: “Bir az səbir edilməlidir. Həmin vaxt keçirilən planlaşdırma seminarı ilə bağlı sənədlər məhv edilib. İddiaları araşdırmamız həmin iddiaları qəbul etməyimiz anlamına gəlməməlidir. Bu iddialar vicdansızlıqdır”.

Baş Qərargah rəisi bu iddiaları lənətlədiyini dilə gətirib: “Bir ordu məscidi necə bombalayar? Vicdansızlara səslənirəm: Türk ordusunun səbrinin bir həddi var, belə ittihamlar olmaz. İnformasiya sızdıranlarla çox ciddi mübarizə aparmağımız lazımdır. Məlumat sızdıran 1 hərbçi 3 il cəza aldı, 9 hərbçi bilgi sızdırdığına görə saxlanılıb. Çevriliş dövrləri artıq arxada qaldı, hər kəs dərs aldı”.

Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan 3 gün əvvəl dini təmayüllü “Taraf” qəzetində “Balyoz” planı ilə bağlı yazılanlara münasibət bildirib və AKP-nin 2003-cü ildə bu kimi planlardan xəbərdar olduğunu, ancaq o dönəmdə qarşıdurmaya getmədiyini söyləyib. O, bununla belə bu planı hazırlayanların yenə öz yolu ilə getdiyini söyləyib. Baş Qərargah rəisinin son bəyanatı AKP-yə və Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar