İsrailli nazir: “Səni əzişdirib türk dönərinə döndərərdim...”
Son dövrlər Ankara və Təl-Əviv arasında yaşanan diplomatik qalmaqal İsrail hökumətinin üzvləri arasında ciddi qalmaqal və dava-dalaş yaratmaqda davam edir.
Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyəyə dost münasibəti ilə seçilən sənaye, ticarət və əmək naziri Benjamin Ben-Eliezer Ankara-Təl-Əviv münasibətlərində yaranmış böhranın memarı olan xarici işlər nazir Avigdor Liebermanı hədələyib.
İsrailli nazirlər Almaniyada səfərdə olan zaman bu ölkənin baş naziri Angela Merkellə görüşdən sonra İsrailin Berlindəki səfirliyinə gəliblər. Həmin vaxt səfirliyin binasındakı salonda nazirlərdən başqa 10 nəfər israilli diplomat olub.
Salonda mübahisə qızışıb. Benjamin Ben-Eliezer Avigdor Liebermana deyib ki, Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətləri pozan deyil, yaxınlaşdıran diplomatiya həyata keçirməlidir. İsrailin on illər ərzində formalaşdırdığı siyasi kursun Avigdor Liebermanın xarici işlər naziri postunu tutduğu dönəmdən pozulduğunu söyləyən Benjamin Ben-Eliezer ona özünü yığışdırmağı məsləhət görüb. “Haaretz” qəzeti Benjamin Ben-Eliezerdən sitat da verib: “Lieberman, əgər dostum olmasaydın, səni əzişdirib şaurmaya (türk dönəri) döndərərdim”.
Avigdor Lieberman isə sənaye, ticarət və əmək nazirini ənənəvi yəhudi yanaşmasının əsiri olmaqda və əfəndilərini razı salmağa çalışmaqda günahlandırıb: “Sədaqətli köpək olmaq istəyən sədaqətli köpək olsun. Orta Şərqdə başqa seçimimiz yoxdur. Bəzən hirsindən ağlını itirmiş kimi davranmaq lazımdır. Ben-Eliezer, sən türklərdən qorxursan. Tək istədiyin onları sakitləşdirmək və haqlı çıxarmaqdır”.
Benjamin Ben-Eliezer isə heç kimdən qorxmadığını dilə gətirib: “Mən müharibədə yaralandım, heç kimdən qorxmuram. Sadəcə, müsəlman dünyasını özümüzə qarşı soyutulmasının maraqlarımıza necə xidmət etdiyini anlamıram...”.

723