
İran Türkiyəyə qaz ixracını dayandırdı
Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Qaz Şirkətinin mətbuat xidmətinin rəhbəri Məcid Bucarzadə məlumat verib. O bildirib ki, qaz ixracının dayandırılmasının səbəbi Türkiyə ərazisində yaranmış texniki problemlə əlaqədardır. Belə ki, qaz ixracı Ankaranın xahişi əsasında dayandırılıb. Məcid Bucarzadə Türkiyə ərazisində texniki problem aradan qaldırıldıqdan sonra qaz ixracını bərpa etməyə hazır olduqlarını söyləyib.
Qeyd edək ki, ötən gecə Türkiyənin Ağrı bölgəsində Eleskirt şəhəri yaxınlığında qaz kəmərində güclü partlayış olub. İran qazı Türkiyəyə məhz bu kəmərlə ixrac olunur. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.
Qeyd edək ki, ötən gecə Türkiyənin Ağrı bölgəsində Eleskirt şəhəri yaxınlığında qaz kəmərində güclü partlayış olub. İran qazı Türkiyəyə məhz bu kəmərlə ixrac olunur. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.
Oxşar yazılar

Gəlinin qohumları toyda rəqs edən bəyi döyüb öldürdülər
10 iyun 2025 , 14:19
Məktəbdə atışma: 11 nəfər öldü - VİDEO - YENİLƏNİB
10 iyun 2025 , 14:09
Aslan tualetə gedən iş adamını parçaladı
10 iyun 2025 , 13:09
ABŞ-da 6 nəfəri daşıyan təyyarə dənizə düşdü
10 iyun 2025 , 07:45
Moskva hava limanlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB
10 iyun 2025 , 06:11
Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19