“Ermənistan məsələyə aydınlıq gətirməlidir”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında telefon danışığı olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə XİN-in sözçüsü Burak Özügərgin telefon danışığının erməni tərəfinin təşəbbüsü ilə baş tutduğunu və E. Nalbandyanın baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə Səudiyyə Ərəbistanında olan Ə. Davudoğluna telefon açdığını deyib.
Türkiyəli nazir Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarından narahatlığını bildirib. O, məhkəmənin qərarında Türkiyə üçün qəbuledilməz şərtlər və şərhlər olduğunu erməni həmkarının nəzərinə çatdırıb. Türkiyənin imzalanmış protokolların ruhuna və mətninə sadiq qaldığını söyləyən Ə. Davudoğlu eyni mövqeni Ermənistan hökumətindən də gözlədiklərini vurğulayıb. Nazir Sürixdə imzaların atılmasından dərhal sonra protokollar haqqında ictimaiyyəti məlumatlandırdıqlarını və sənədləri parlamentə göndərdiklərini, erməni tərəfinin isə bu məsələdə Türkiyədən geri qaldığını xatırladaraq türk tərəfinin prosesi gecikdirməsi iddialarının əsassız olduğunu deyib. Ə. Davudoğlu Ermənistan hökumətinin məsələyə aydınlıq gətirməsini və lazımi siyasi iradəni göstərməsini gözlədiklərini bəyan edib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarına əsasən imzalanmış protokollar Ermənistan Konstitusiyasının preambula hissəsinə və Müstəqillik Bəyannaməsinə zidd şəkildə şərh edilə bilməz. Ermənistanın Müstəqillik Bəyannaməsində isə Türkiyəyə ərazi iddiası irəli sürülür və bu ölkənin şərq vilayətləri “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda bəyannamədə saxta və uydurma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan dövlətinin vəzifəsi olduğu bildirilir.

Oxşar yazılar

“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45