Can üstündə olan məşhurların son sözləri
20 yanvar 2010 10:30 (UTC +04:00)

Can üstündə olan məşhurların son sözləri

Ölüm ərəfəsi bəzən təkcə kədərli notlara deyil, həm də səmimi sözlərə və hətta zarafatlara da səhnə olur. Lent.az dünyanın 40 məşhurunun ölümqabağı sözlərini listverse.com saytına istinadən diqqətinizə təqdim edir:


"Bağışlayın, bilərəkdən etmədim"- (Edam üçün gilyotinə doğru addımlayarkən səhvən cəlladının ayağına basan Kraliça Mariya Antonetta)

"Yuxuya gedə bilmirəm…” - (J. M. Barri)

"Gərək “Scotch”dan “Martini”yə keçməyəydim” – (Hamfri Boqart)

"Lənət olsun... Bircə Tanrıdan mənə yardım etməsini istəməyə çalışma” – (Con Krouford, onun üçün ucadan dua etməyə başlayan eşikağasına deyib)

"Xeyr, qəti şəkildə demərəm…” – (Con F. Kennedinin qubernatorun xanımınaın “Möhtərəm prezident, Dallasdakı insanların sizi isti bir şəkildə qarşılamadıqlarını deyə bilməzsiniz” sözünə verdiyi cavab)

"Ölmək üzrəyəm və ya ölməkdəyəm: bu ifadələrin ikisi də doğrudur” – (məşhur Fransız dilçisi Dominik Buhurs)

"Yaşayıram!” – (Roma imperatoru Kaliqula öz əsgərləri tərəfindən öldürüldüyü zaman...)

"Ağlım qarışdı. Şeytan, get burdan” – (Elister Krouli, məşhur okkultist (gizli güclərə inanan şəxs)

"Mən niyə belə etdim ki?” – (General Uilyam Erskin, 1813-cü ildə Portuqaliyanın Lissabon şəhərində özünü pəncərədən atdıqdan sonra deyib)

"Ehey, dostlar! Sabahkı qəzetlərin manşeti üçün bu başlığa necə baxırsınız: “Qızarmış Fransız”? – (Elektrik stolunda edama məhkum edilən Ceyms Frenç adlı bir qatil deyib. O, bu sözləri edamına şahidlik edən mətbuat nümayəndələrinə müraciətlə söyləyib)

"Allahın cəzası Bognor” – (Həkimi tərəfindən Bognor Regis-də dəniz sahilindəki sarayında dincəlməsi məsləhət görülən Kral V Georq...)

"Dayandı...” – (Cozef Henri Qrin, öz nəbzini ölçərkən...)

“LSD, 100 mikroqram I.M” – (Aldus Haksli tərəfindən xanımına deyilib. O, ölməzdən qabaq iki dəfə LSD iynəsi vurulmasını istəyib)

"Sən qalib gəldin, ey Xristian!” – (Roma İmperatoru tərəfindən razılıq verilən rəsmi Xristianlıq anlayışını tərsinə çevirməyə cəhd göstərən İmperator Yulian tərəfindən deyilib)

"Özümü pis hiss edirəm. Doktor çağırın” – (Mao Tszedun, Çin Xalq Respublikasının qurucu lideri)

"Sabahdan etibarən artıq burada olmayacağam” – (Nostradamus)

“Tez tərpən, sərsəm hərif! Sən belə qurdalanana qədər mən 10 adam öldürərdim!” – (Serial qatil Karl Panzram, asılaraq edam edilməzdən öncə)

"Söndür bu lənətə gəlmiş siqareti!” – (“Saki”nin (H. H. Munro) 1-ci Dünya Müharibəsi zamanı yanında siqaret çəkən səngər yoldaşına tüstü səbəbindən yerlərinin bilinəcəyi narahatlığı ilə etdiyi xəbərdarlıq. Bundan dərhal sonra Saki, səsini eşidən bir alman əsgəri tərəfindən vurulur)

"Lütfən, diqqətli olun, yıxılmayım” – (Prezident Linkolna qarşı sui-qəsd hazırlayanlar arasında olduğu iddiasıyla asılan Meri Surratt deyib. Birləşmiş Ştatların federal hökuməti tərəfindən edam edilən ilk qadın olan Surratt son sözünü dar ağacına gedərkən söyləyib)

"Cənab keşiş, məncə bu an düşmən qazanmaq üçün uğurlu vaxt deyil” – (Can üstündə olan Volter, şeytanı lənətləməsini istəyən keşişə deyib)

“Gedin burdan. Son sözlər yetərincə doğru söz söyləməmiş axmaqlar üçündür” – (Karl Marks)

“Məni kəsib, içimi açmaqlarını təmin edəcəyinə and iç. Ancaq bu cür mən diri-diri gömülməkdən qurtularam” – (Diri gömülməkdən qorxan məşhur bəstəkar Şopen...)

"Hər şeydən elə sıxıldım ki…” – (Ser Uinston Çörçill)

“Tfu, kaş ki bunu təkrar etsəydiniz…” – (Asılmazdan qabaq bir içki içmək istəyən qatil Nevil Corc Hit)

“Bu da mənim üçün yeni bir təcrübə olacaq” – (Bernard Şou)

“Bu cəhənnəmin alçaq məxluqlarına çox düşkünəm və onların həsrətini çəkirəm” – (Riçard Vaqner)

“Məzarıma nə rəsm, nə heykəl, nə də foto – heç bir şey qoymayın” – (Fransız rəssam Evgeni Dölakrua)

“Bir nərdivan, tez bir nərdivan gətirin” – (Məşhur şair Nikolay Qoqol)

“Bir az da işıq…” – (Höte)

“Haşa, mən ölümdən qorxmuram. Çünki mən müsəlmanam. Hər Müsəlmana yaraşan da ölümü təbəssümlə qarşılamaqdır. Həqiqətən ölüm əbədiyyət aləminə açılan ilk pərdədir” – (Pakistanlı şair Məhəmməd İqbal)

“Bax, bu yaxşı oldu…” – (Filosof Kant)

“Hər şey bitdi, artıq çox gecdi…” – (İngilis şair Lord Bayron)

“Bir az dincələk…” – (Türkiyə şairi Namiq Kamal)

“Ya divar kağızı gedir, ya da mən” – (Oskar Uayld)

“Bax, bu pis oldu…” – (Peyami Safa)

"Qara bir işıq görürəm” – (Viktor Hüqo)

"Komediya bitdi” – (Lüdviq van Bethoven)

"Niyə də olmasın? Nə də olsa, öz malıdır” – (Çarli Çaplin, “Tanrı ruhunu bağışlasın” deyən keşişə cavab olaraq)

"Mən vəzifəmi burada bitirirəm” – (Albert Eynşteyn)

"Ölümün dadı dilimin ucundadır. Bu dünyadan olmayan bir şey hiss edirəm” – (Volfhanq Amadey Motsart)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar