                        Ermənistanın sabiq baş naziri bədbindir
                                    
                                    0
                                
                                    0
                                
                                “Ermənistan iqtisadi böhranın məngənəsindən çıxa bilməyəcək”
“Ermənistanın geniş və köklü dəyişikliklərə ehtiyac var, əks təqdirdə ölkə iqtisadi böhranın məngənəsindən çıxa bilməyəcək”.
Lent.az-ın “panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri, Azadlıq Partiyasının sədri Qrant Baqratyan söyləyib.
O bildirib ki, dünya ilə müqayisədə Ermənistan iqtisadi böhranın təsirinə 8 dəfə çox məruz qalıb: “Bunun əsas səbəblərindən biri hökumətin şirkətləri çoxmərtəbəli elitar binaların tikintisinə həvəsləndirə bilməməsidir. Belə binalarda mənzillər satılmır və yaxın 5 ildə də vətəndaşlarda maliyyə resursları baxımından çatışmazlıq olduğu üçün satılmayacaq”.