Fransada erməni bandası tutulub
Dünən Fransanın Nant şəhər məhkəməsi sanki ailə yığıncağını xatırladırdı.
Lent.az-ın “20 minutes.fr” saytına istinadən xəbərinə görə, müttəhim kürsüsündə qadınlı-kişili 10 erməni əyləşmişdi. 2007-ci ildən bu günədək mağazalardan oğurluq etməklə məşğul olan ermənilərin evinə baxış keçirən polis minlərlə geyim əşyası aşkar edir. Məhkəmədə şahid kimi ifadə verən polisin dediyinə görə, evdə ayaq basmağa yer yox idi. Müsadirə olunan oğurluq malların qiyməti 43 000 avrodan çoxdur.
Niyyətlərini həyata keçirmək üçün erməni qadınlar bütün günü ticarət mərkəzlərini dolaşırlar. Onlar paltarların üzərindəki qoruyucunu maqnitlə çıxarır, oğurluqlarını ört-basdır etmək üçün aşağı dəyərli mal alaraq mağazadan çıxırlarmış. Kişilərin isə işi əldə edilən qəniməti satmaq üçün Ermənistana göndərmək olub.
Hər dəfə 20 kiloqramlıq bağlamada göndərilən malların üzərində etiketlər də olub. Məhkəmədə ifadə verən 43 yaşlı erməni isə mal yarlıqlarının olmasını belə izah edib: Bunları qohumlarımıza hədiyyə kimi göndərmişik.
Hakim (rişxəndlə):
- Fransız adət-ənənəsinə görə hədiyyə edilən malın qiymət kağızı qoparılır.
Erməni:
- Bizdə tam əksinədir, malın qiymətinin böyük göstərilməsi hədiyyə verdiyimiz şəxsin bizim üçün nə qədər dəyərli olduğunu göstərir.
Məhkəmə ilkin dindirmələrdən sonra 10 erməni barədə ilkin olaraq 4 ay həbs qərarı çıxarıb. Yekun qərar isə fevral ayında veriləcək.
Vüqar Ələsgərov

Oxşar yazılar

Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14