Haitidə güclü zəlzələ: minlərlə ölən var
Lent.az-ın “Associated Press” agentiliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri paytaxt Part-o-Prensdən 15 kilometr uzaqlıqda yerləşir.
Bu vaxta qədər bu regionda belə güclü zəlzələ baş verməyib. Öncə 7 bal gücündə, yarım saatdan sonra isə 6 bal gücündə ikinci zəlzələ olub. Paytaxtda və qonşu şəhərlərdə ciddi dağıntılar olub. Qurbanların sayı minlərlə ölçülür. Zəlzələ nəticəsində Haitinin Prezident Aparatının binası, xeyli sayda dövlət obyektləri dağıntıya məruz qalıb.
İtkin düşənlər arasında çoxlu sayda BMT missiyasının üzvləri var. BMT-nin Haitidəki mənzil-qərargahı ciddi dağıntıya məruz qalıb. Dağıntı rayonunda telefon əlaqəsi kəsilib, elektrik enerjisinin verilişi dayanıb.
Kubanın şərqində də zəlzələ hiss olunub. Ancaq dağıntı və xəsarət alanlar yoxdur.
ABŞ, Kanada və Venesuela Haitiyə yardım göndərməyə hazır olduqlarını bildiriblər.

Oxşar yazılar

İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20