“Ərəb Nobeli”ni Ərdoğan alacaq
Ərəb dünyasının “Nobel mükafatı” sayılan Kral Faysal mükafatına bu il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan layiq görülüb.
Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, bu, Kral Faysal Fondunun Əl-Riyadda keçirilən toplantısında açıqlanıb.
1976-cı ildə qurulan Kral Faysal Fondu 1976-cı ildən bu mükafatları islam dünyasına və islama xidmət edənlərə, riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə kəşflərə imza atan elm xadimlərinə verir. Dünyanın ən prestijli mükafatlarından sayalan Kral Faysal mükafatı “Ərəb dünyasının Nobeli” hesab edilir. Mükafat əl yazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min dollar pul daxildir.
Mükafata layiq görülənlər yanvar ayında açıqlanır və bu açıqlamadan 2 ay sonra mükafat Əl-Riyadda təqdim olunur.
İslam Konfransı Təşkilatının (İKT) baş katibi və Kral Faysal mükafatı Münsiflər Heyətinin üzvü Ekmeleddin İhsanoğlu deyib ki, Rəcəb Tayyib Ərdoğanın belə bir mükfata layiq görülməsi Türkiyə üçün sevindirici bir xəbərdir. Rəcəb Tayyib Ərdoğanın islam dünyasında haqlı mübarizəyə, xüsusən Fələstin xalqının mücadiləsinə dəstək verdiyini söyləyən İKT-nin baş katibi Türkiyənin islam coğrafiyasında önəmli yer tutduğunu söyləyib.

Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27