Türk sui-qəsdçi İncili yenidən yazacaq
11 yanvar 2010 10:15 (UTC +04:00)

Türk sui-qəsdçi İncili yenidən yazacaq

Roma Papası II İohan Pavelə sui-qəsddə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilən Məmməd Əli Ağca bu ay azadlığa çıxacaq.


Lent.az-ın məlumatına görə, 52 yaşlı Ağca İngiltərədə nəşr olunan “The Sunday Times” qəzetinə məktub yazıb. Məktubda fiziki və ruhi cəhətdən tam sağlam olduğunu yazan Ağca televiziyada proqrama çıxmaq üçün 2 milyon dollar istəyib. O, avtobioqrafiyasının yazılması üçün isə 5 milyon dollar tələb edir.


“Da Vinçi Kodu” kitabının müəllifi, tanınmış yazıçı Den Brouna məktub yollayan Ağca “Planım mükəmməl İncili yazmaqdır. Vatikanın heç vaxt dərk etmədiyi mükəmməl xristianlığı elan edəcəyəm”, - deyə bildirib.


Qeyd edək ki, 1979-da Türkiyənin “Milliyet” qəzetinin baş redkatoru Abdi İpəkçini qətlə yetirən Ağca 5 ay sonra yaxalansa da, 1 ay sonra həbsxanadan qaçıb. Bir neçə cinayətdə adı hallanan Ağca Bolqarıstanda gizlənib. 1981-ci il mayın 13-də Roma Papasına sui-qəsdi təşkil edib, tutularaq ömürlük həbsə məhkum olunub. 2000-ci ildə əfv edilərək Türkiyəyə gətirilib, ömürlük həbs cəzası 36 illik həbslə əvəzlənib. Onun həbsxanada xristianlığı qəbul etdiyi barədə xəbərlər yayılıb.
Məmməd Əli Ağcaya çoxlu, sənədli film, kino, serial və kitabla bağlı təkliflər var. Avropa və ABŞ-ın çox tanınmış prodakşn şirkətləri ona filmə çəkilmək üçün təkliflər yollayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar