Qatil milyonlarla dollar qonorar tələb edir
Roma Papasına atəş açan Mehmet Əli Ağca azadlığa çıxır, xristianlığın mahiyyəti barədə kitab yazacaq
Roma Papasına atəş açaraq onu yaralayan, bir jurnalisti də qətlə yetirən Mehmet Əli Ağca yanvarın 18-də azadlığa çıxır.
Lent.az-ın verdiyi məlumata görə, “The Sunday Times” qəzeti Mehmet Əli Ağcanın qəzetə yazdığı məktubun məzmununu açıqlayıb.
“The Sunday Times” yazıb ki, özünü fiziki mənəvi baxımdan güclü hiss etdiyini vurğulayan Mehmet Əli Ağca özəl televiziya reportajı üçün 2 milyon dollar, bioqrafiyası da daxil olmaqla, iki kitab üçün 5 milyon dollar qonorar istəyir. Qəzet Mehmet Ali Ağcanın xatirələrinin yayım haqqının 3 milyon dollar dəyərində olacağını yazıb. O bildirib ki, dünyanın sonu və mükəmməl “İncil”lə bağlı kitab yazmağı planlaşdırır və Vatikanın heç bir zaman başa düşmədiyi mükəmməl xristianlığın mahiyyətini yazacaq.
Ən çox satılan kitab olan “Da Vinçinin şifrəsi”nin yazarı Dan Brouna yazdığı məktubda isə “Vatikan Kodu” adlı bir kitab yazmağı və film çəkməyi təklif edib.
İtaliyalı vəkil Ferdinando İmposato hesab edir ki, Mehmet Əli Ağca Roma Papasına sui-qəsdin arxasında duran kəşfiyyat xidmətləri ilə bağlı hər şeyi bilir və buna görə də onunla reportaj, söyləyəcəkləri əsasında yazılan kitablar, çəkilən filmlər böyük sensasiya yaradacaq.
Qeyd edək ki, bundan əvvəl bir Hollivud rejisoru Mehmet Əli Ağcaya bir flimdə çəkilməsi üçün 8 milyon dollar təklif edib.

Oxşar yazılar

Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14