Məşhur imam Fransadan qovuldu
Əli İbrahim əl Sudan məscidlərdə avropalılara qarşı mücadilə aparmaqla bağlı çıxışlarıyla fransızları hövsələdən çıxarıb
Fransa məscidlərində müsəlmanları avropalılara qarşı mücadilə aparmağa səsləyən çıxışlarıyla məşhurlaşan imam Əli İbrahim əl Sudanı ölkədən çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, bununla bağlı Fransa daxili işlər naziri Birc Hortefeuxun yazılı açıqlaması yayılıb.
Açıqlamada bildirilir ki, radikal imam çıxışlarında zorakılığı təbliğ və təşviq etdiyi üçün Misirə deportasiya edilib. Nazir qeyd edib ki, Əli İbrahim əl Sudan təhlükəli şəxsdir: “Fransanın kəşfiyyat xidmətləri uzun müddətdir ki, bu imamı izləyir. Müsəlmanları avropalılara qarşı mübarizəyə çağıran Əli İbrahim əl Sudan aylardır ki, məscidlərdə Fransa cəmiyyətinin dəyərlərini aşağılayır, zorakılığı dəstəkləyir”.
Açıqlamada vurğulanır ki, Fransa din azadlığına nə qədər hörmətlə yanaşsa da, belə radikal imamların din azadlığı ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, Fransa 2001-ci ildən 29-u imam olmaqla, 129 radikal dinçini ölkədən xaric edib.

Oxşar yazılar

Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14