Obama kəşfiyyat rəhbərlərini danladı
07 yanvar 2010 16:30 (UTC +04:00)

Obama kəşfiyyat rəhbərlərini danladı

Yeni il ərəfəsində ABŞ-a məxsus bir təyyarənin partladılmasına cəhd göstərilməsi, təhlükəsizlik məsələsində yol verilən boşluqlar prezident Barak Obamanı əsəbiləşdirib.

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, Ağ Evdə Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla, 20 kəşfiyyat qurumunun rəhbərinin iştirakı ilə toplantı keçirilib və 2 saat çəkən toplantıda Barak Obama kəşfiyyat rəhbərlərini danlayıb.

Qeyd edək ki, ABŞ təyyarəsini partlatmağa cəhd göstərən Nigeriya əsilli 23 yaşlı Faruk Abdülmuttalibin babası 3 ay əvvəl oğlunun “pis niyyət”də olduğu barədə rəsmilərə xəbərdarlıq edib. Ancaq buna baxmayaraq, onun təyyarə ilə uçuşuna qadağa qoyulmayıb, vizası ləğv olunmayıb, təhlükəsizlik tədbirləri görülməyib.
Barak Obama deyib ki, bu, böyük bir xətadır və böyük fəlakətə yol aça bilərdi: “Bir güllədən güc-bəlayla yayındıq. Təhlükəsizlik sistemi effektiv işlədiyi üçün yox, təyyarədə olan cəsur insanların sayəsində terrorun qarşısı alınıb. Bu cür işləmək olmaz. Buna sakit yanaşa bilmərəm. Daha yaxşı işləməliyik və işləyəcəyik. Amerikalıların həyatları təhlükədədir”.
Barak Obama bu dəfə kəşfiyyat xidmətlərinin rəhbərlərinin heç birini istefaya göndərməyib. Ancaq Ağ Ev rəsmiləri növbəti belə olaydan sonra istefaların qaçılmaz olacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121

Oxşar yazılar