10 milyard dollarlıq təzminat
05 yanvar 2010 11:15 (UTC +04:00)

10 milyard dollarlıq təzminat

Bolqarıstan Türkiyədən təzminat istəyir

Bolqarıstan 1913-cü ildən sonra Türkiyədən köçən bolqarların bu ölkədə qalan mal və mülkləri üçün 10 milyard təzminat ödənilməsiylə bağlı Ankaraya rəsmi müraciət etməyə hazırlaşır.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, ölkə xaricində yaşayan bolqarlarla iş üzrə dövlət naziri Bojidar Dimitrov bildirib ki, Türkiyə bu təzminatı ödəməzsə, Bolqarıstan Türkiyənin Avropa Birliyinə üzvlüyünə veto qoyacaq.


O deyib ki, təzminat məsələsi Avropa Birliyinin 2008-ci ildə Türkiyə üçün hazırladığı hesabatda da yer alıb: “Bu problemin həlli Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində əsas şərtlərdən biridir. Türkiyədən rəsmən istəniləcək təzminat üçün dövlət arxivindəki sənədlər tək-tək araşdırılır. 2009-cu ildə 306 mülkiyyətçiyə mal və mülkləriylə bağlı sənədlərin surəti verilib. Təzminat məsələsi Türkiyə və Bolqarıstan arasında 1925-ci ildə imzalanan və hələ də qüvvədə olan Ankara anlaşmasında da yer alır. Türkiyə bu öhdəliyi yerinə yetirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996

Oxşar yazılar