Okean suları ABŞ sahillərini basır
30 dekabr 2009 11:30 (UTC +04:00)

Okean suları ABŞ sahillərini basır

ABŞ sahillərində Atlantik okeanın sularının alimlərin gözlədiklərindən də sürətlə qalxması araşdırılıb.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, Pensilvaniya Universitetinin mütəxəssislərinin apardıqları tədqiqat göstərib ki, 20-ci əsrdə ABŞ sahillərində okean suyunun səviyyəsi son 4 min illə müqayisədə 3 dəfə çox yüksəlib.

Bu, tək qlobal istiləşmə, yaxud Şimal və Cənub qütblərində buzlaqların əriməsiylə bağlı deyil. Araşdırma zamanı məlum olub ki, Amerika sahillərində Atlantik okeanın yatağının relyefi dəyişir və dağəmələgəlmə prosesi baş verir. Bu da sahil sularının səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar