Əhməd Türkün nəvəsinə 9 il 7 ay həbs cəzası
29 dekabr 2009 10:40 (UTC +04:00)

Əhməd Türkün nəvəsinə 9 il 7 ay həbs cəzası

PKK terror təşkilatının siyasi müdafiəçisi rolunda çıxış etdiyi üçün Konstitusiya Məhkəməsi tərəfindən qapadılan Demokratik Toplum Partiyasının (DTP) sədri Əhməd Türkün nəvəsi Rüken Türk 9 il 7 ay azadlıqdan məhrum edilib.
Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, Diyarbəkir 5-ci Ağır Cəza Məhkəməsinin qərarında qeyd olunur ki, DTP sədrinin nəvəsi PKK üzvü olmasa da, PKK-nın maraqlarına uyğun olaraq ali məktəbdə təhsil və təlim prosesini əngəlləmək yönündə fəaliyyət göstərib.
Qeyd edək ki, bu il aprelin 4-də Şanlıurfanın Birecik rayonunda PKK lideri Abdulla Öcalanın doğum günü münasibətiylə icazəsiz aksiyalar keçirilib. Aksiyada Dicle Universitetinin riyaziyyat fakültəsinin tələbəsi Mahsum Karaoğlan ölüb. Mahsum Karaoğlanın ölümündən sonra Dicle Universitetində icazəsiz aksiyalar keçirilib. Bu aksiyalarda iştirak etdiyinə görə Dicle Universitetinin riyaziyyat fakültəsində 1-ci kurs tələbəsi olan Rüken Türk həbs edilib və məsələni məhkəmə araşdırmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar