İngiltərədə müsəlman ovu başlayıb
Ölkədə skinhed qrupların sayı artır
İngiltərədə millətçi xuliqanlar Premyer Liqadakı futbol komandalarının azarkeş qruplarının adı altında birləşir və ölkənin London, Birminhem, Mançester, Lids, Nottinqhem, Bolton, Qardif kimi böyük şəhərlərində müsəlmanları təhdid edirlər.
Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, “English Defence League”, yəni “İngiltərə Müdafiə Liqası” adı altında birləşən və neofaşistlər tərəfindən də dəstəklənən millətçi xuliqanlar ən azı 50 nəfərlik qruplarla hərəkət edir və faktiki böyük şəhərlərdə sərbəst hərəkət edən küçə ordusuna çevrilib.
İngiltərə rəsmiləri xuliqanların son illər ən təhlükəli sayılan qrupları bir araya gətirdiklərini, radikal islamı bəhanə edərək, hər kəsi şəhərin küçə və meydanlarında müsəlmanlara hücum çəkməyə çağırdıqlarını bildiriblər.
Futbol oyanları olan günlərdə bu qruplar “nəşələndik, əyləndik, müsəlmanları qaçırdıq” kimi şüarlar səsləndirərək bir-birlərinə mesaj verir, bəziləri əllərində üzündən qan azan çadralı qadın rəsmləri və “Şəriət qadınları əzir” sözləri yazılmış plakatlar gəzdirirlər. Polislə qarşılaşan zaman bu qruplar qovğaya girməkdən çəkinmir, üzərlərində silah qismində çəkic, kəsici alətlər gəzdirir, dərmanlı su və digər zəhərli maddələrdən istifadə edirlər.
Təkcə küçələrdə deyil, binalarda da bu xuliqan qruplar müsəlmanlara hücum çəkirlər. Sonuncu dəfə bir qrup tələbəyə hücum çəkən 30 nəfər xuliqan 3 tələbəni bıçaqlayıb.

Oxşar yazılar

Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43

Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14
Ukrayna Rusiya qatarını vurdu - 13 tank və yüzdən çox zirehli texnika....
7 iyun 2025 , 23:30