Türkiyə daha bir soyqırımı iddiası ilə üz-üzə!
Avstraliyanın paytaxtı Sidneydə “Osmanlı dönəmində öldürüldükləri” iddia edilən süryanilər (xristian azlıq) üçün xatirə abidəsi ucaldılacaq.
Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Sidney Şəhər Bələdiyyə Məclisi xatirə abidəsinin ucaldılmasını gündəmə çıxarıb.
Türkiyənin Avstraliyadakı səfiri Oğuz Özge “The Australian” qəzetinə açıqlamasında planın həyata keçirilməsinin qarşısını almaq üçün hüquqi yollara baş vurulacağını söyləyib. O bildirib ki, xatirə abidəsi inşa edilərsə, bu, Türkiyə-Avstraliya münasibətlərində gərginliyə səbəb olacaq, Avstraliyada yaşayan türk və süryani əsilli insanların bir-birinə düşmən münasibət bəsləmələrinə yol açacaq.
Keçən həftə Sidney Şəhər Bələdiyyə Məclisi bu məsələni müzakirə edərkən iclasın keçirildiyi Fairfield Şurasının binası Avstraliya polisi tərəfindən mühafizə olunub. Polis türklərlə süryanilərin arasında dava-dalaş çıxmaması üçün də tədbirlər görüb. Çünki Avstraliyada 150 min trük, 20 min süryani yaşayır. Süryanilər torpaqlarının Türkiyə, Suriya və İran arasında bölüşdürüldüyünü, Birinci Dünya Müharibəsi dönəmində türklərin zülmünə məruz qaldıqlarını iddia edirlər.
Dünya Süryani Birliyinin baş katibi Hermiz Şahin isə hesab edir ki, layihə provokasiya xarakteri daşımır və xatirə abidəsində türklərlə bağlı ifadə yazılmayacaq, abidədə süryani şəhidlərinin ruhunun yad edilməsini əks etdirən sözlər yazılacaq.
Qeyd edək ki, Avstraliyanın xarici işlər naziri Stefen Smith Sidney Şəhər Bələdiyyə Məclisinin planına qarşı çıxır, ancaq planın həyata keçməsini əngəlləmək üçün səlahiyyəti yoxdur.

Oxşar yazılar

Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43

Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14