Qurbağa əvəzinə pələngi yedi, 12 il azadlıqdan məhrum edildi
Kang Vannien dostu 4 il, şirin ətini yeyən 3 kəndli 3 il həbsxanada olacaqlar
Çində Kang Vannien adlı bir nəfər dostu Gao Zuçiao ilə birgə gecə Şişuanqbanna Milli Parkında qurbağa ovuna çıxıb.
Lent.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Kang Vannien qaranlıqda qurbağa sandığı canlıya atəş açıb.
Ancaq dostlar yaxınlaşanda görüblər ki, bu, qurbağa deyil, nadir Çinhindi pələngidir. Bu pələnglərin hazırda dünyada sayının 1000-dən az olduğu güman edilir.
Kang Vannien və Gao Zuçiao ertəsi gün 3 kəndli ilə pələngi vurduqları yerə gəlib. Onlar pələngi bölüşdürüblər, sonra da bişirərək yeyiblər. Məhkəmə Kang Vannieni odlu silah gəzdirdiyinə və nadir bir heyvan növünü öldürdüyünə görə 12 il azadlıqdan məhrum edib. Dostu Gao Zuçiao 4 il, 3 kəndli isə 3 il həbsdə yatacaq.

Oxşar yazılar

Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47
Los-Ancelesdə iğtişaşlar böyüyür - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi
8 iyun 2025 , 07:43

Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır
8 iyun 2025 , 06:45
Dünya şöhrətli tiktoker Xabi Leym ABŞ-da saxlanıldı
8 iyun 2025 , 06:17
Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14