Xaç atası və ya unudulmuş xilaskar... – ARAŞDIRMA
Lent.az DOSYE layihəsinə davam edir. Bəşər tarixinin ən maraqlı, qalmaqallı və sirli tarixi hadisələri, şəxsiyyətləri haqqında araşdırma yazıların seriyasına davam edirik. “Yaxın Şərqin qanayan yarası - Fələstin” silsiləsindən növbəti yazını təqdim edirik.
“Millətçilik və irqçi şovinizm hannibalizm dövrünə xas olan insanlara qarşı nifrətin qalıqlarıdır. Antisemitizm irqçi şovinizmin kəskin forması olaraq hannibalizmin ən təhlükəli qalığıdır”.
“SSRİ- də aktiv antisemitlər SSRİ qanunları ilə ölüm hökmü ilə cəzalandırırlar”.
İ. Stalin
İkinci Dünya müharibəsi dövründə Stalin həm SSRİ, həm də xaricdə yaşayan yəhudiləri öz siyasətində aktiv istifadə etmişdir. Stalin yəhudi və qeyri-yəhudiləri həm irəli və geri çəkir, həbs və azad edir, edam edir və bağışlayırdı. Əslində o, heç də SSRİ-yə sədaqətlə xidmət etmək istəyən yəhudilərdən qaçmırdı. Daim ətrafında olan Litvinov, Kaqanoviç və Mexlis bunun bariz göstəricisidir. Müharibə dövründə SSRİ-yə xidmət göstərmək üçün hətta Yəhudi Antifaşist Komitəsi də yaradılmışdı. Müharibə bitdikdən və beynəlxalq vəziyyət dəyişdikdən sonra isə artıq bu komitəyə ehtiyac qalmadı və ləğv olundu.
Oktyabr inqilabı və əsasən də Stalin hakimiyyətə gələndən sonra yəhudilərin hüquqi və sosial vəziyyəti kəskin şəkildə yaxşılaşdı. Stalin 1921-1930-cu illərdə yəhudilərin Moskva və SSRİ-nin digər iri şəhərlərində məskunlaşmasına imkan yaratdı. 1912-ci ildə Moskvada 6,4 min, 1933-cü ildə isə 241,7 min yəhudi yaşayırdı. Bu illərdə Moskvanın əhalisi 1mln. 618 min nəfərdən 3mln. 663 min nəfərə qədər artmışdı.
Başqa sözlə, Moskvanın yəhudi əhalisi digər millətlərin və xalqların əhalisindən 17 dəfə çox artmışdı.
Məhz Stalin yəhudilərin dövlətdə əsas vəzifələrə seçilməsinə mane olmadı və bununla da onlara SSRİ-də imtiyazlı təbəqə olmağa kömək etdi. Akademik Ponryaqinin memuarlarından məlum olur ki, 1942-ci ildə MDU-nin fizika fakültəsinin məzunlarının 98%-i yəhudilər olub.
Stalinə qədər yəhudilərin irəliləmək üçün yeganə imkanları təhlükəsizlik orqanlarına işə girməklə mümkün idi. Stalin dövründə isə yəhudilər bir çox sahələrdə lider mövqelər əldə edə bildilər.
Son sığınacaq - SSRİ
Məhz Stalin milyonlarla sovet yəhudisini nasist soyqırımından xilas etdi. Stalinqrad döyüşündə qələbədən sonra qərbə doğru irəlilədikcə əvvəl almanların işğal etdikləri ərazilərdə dəhşətli qırğınlar törədildiyi faktları üzə çıxırdı. Yəhudiləri başlarından güllələyir və xüsusi furqonlarda – qaz kameralarında boğub öldürürdülər. Yəhudiləri məhv etmək üçün təşkil edilən düşərgələr - Maydanek, Osvensim və digərləri Qərb ölkələrindən gətirilən və Polşa yəhudiləri ilə dolu idi.
İşğal olunan ərazilərdə Sovet yəhudilərini yerindəcə məhv edirdilər. Bu proses hələ 1941-ci ilin iyulunda Pribaltika və Qərbi Ukraynada başlamışdı. Lakin bununla belə, Ukrayna, Belarus, Moldova və digər yerlərdə yəhudilərin 70 faizi SSRİ-nin şərq rayonlarına qaçaraq xilas ola bilmişdi. Burada həm də Polşa, Rumıniya, Bessarabiya, Macarıstan və digər Avropa ölkələrindən gələn yüz minlərlə qaçqın yəhudilər vardı.
Hitlerin fiziki olaraq məhv etdiyi Avropa yəhudilərinin SSRİ-dən başqa sığınacağı yox idi. Amerika hökuməti yəhudi qaçqınlara viza verməkdən imtina etmişdi. Hətta antisemit kampaniyası başlayan zaman 1933-1939-cu illərdə yəhudi emiqrasiyasına ayrılmış minimal kvotanı belə yerinə yetirməkdən imtina edirdi.
Britaniya isə yəhudilərin öz mandatı altında olan Fələstinə köçməsinə mane olurdu. Avropada yəhudilərin qırğınından isə Britaniya və Amerika mətbuatı az yazırdı.
Beynəlxalq vəziyyətin bu cür ümidsiz olduğu bir vaxtda məhz Stalin yəhudilərin bir neçə nəslinin arzusunda olduğu xəyalı gerçəkləşdirməyə - İsrail dövlətini yaratmağa kömək etdi. 1948-ci ildə SSRİ və bütün dünya yəhudilərinin vətəni yarandı.
Stalin olmasaydı...
Stalin İsrail dövlətinin yaradılmasının tərəfdarı idi. Daha dəqiq desək, Fələstin ərazisində İsrail dövlətinin yaradılması layihəsinə Stalinin aktiv dəstəyi olmasaydı, indi belə bir dövlət mövcud olmazdı. Xasid ravvini Aaron Şmuleviç yazırdı: “İsrail dövlətinin yaradılmasında SSRİ və Stalinin rolunu unutmaq olmaz. SSRİ-nin dəstəyi ilə BMT dövlətin yaradılması haqqında Qətnamə qəbul etdi”.
Stalin anlayırdı ki, İsrailə güclü himayəçi lazımdır. İsrail sosialist yox, kapitalist ölkəsi olacaq. Bundan başqa, Stalin SSRİ yəhudilərinə İsrailə emiqrasiya etməyə icazə verməyi düşünmürdü. Yaxın Şərqin ərəb ölkələri Birinci Dünya müharibəsindən sonra əsasən Britaniyanın köməyilə yaradılmışdı və təbii olaraq 1947-1948-ci illərdə o dövlətlər Britaniyanın mövqeyini dəstəkləyirdilər.
Dar çərçivədə öz ətrafındakı insanlara “İsrail Amerikanın bədəninə uzun müddət batan tikan olacaq”, - deyib Stalin. Lakin bununla belə, İsrailin amerikapərəst siyasəti Stalinin işinə yarayırdı. Çünki bu münasibət ABŞ və ərəb ölkələri arasında münaqişə yaradırdı.
Amerika bir müddət sonra dövlətin yaradılması ilə bağlı razılığını geri götürdü və qərb dövlətləri (ABŞ, Fransa, İngiltərə) İsrailə silah göndərilməsinə embarqo qoydu. Bu da nəticə etibarilə ona gətirib çıxardı ki, İsrail dövlətinin elan olunmasından sonra onun ərazisinə ərəb ölkələrindən - Misir, İordaniya, Livan, Suriya, İraqdan davamlı müdaxilələr olurdu. İsrail SSRİ-nin icazəsi ilə Çexoslovakiyanın ora silah göndərməsi ilə duruş gətirə bildi. Bununla da Stalin mahiyyət etibarilə İsraili qonşu ərəb dövlətlərin birləşmiş gücləri tərəfindən darmadağın edilməsinin qarşısını aldı.
Bu kimə lazımdır?
Stalin hər sahədə yəhudiləri irəli çəkirdi. Şair Konstantin Simonov xatirələrində yazır: “Orest Malsevin “Yuqoslaviya faciəsi” romanını müzakirə edərkən Stalin qəflətən soruşdu: “Bəs niyə Malsev, mötərizədə isə Rovinski? Nə məsələdir? Nə vaxta qədər bu davam edəcək? Ötən il bu mövzunu danışdıq və ikili soyad göstərənlərin mükafata təqdim olunması qadağan olundu. Görünür, kiməsə yəhudi olmağını qeyd etmək xoş gəlir. Bunu niyə vurğulamaq lazımdır ki? Niyə yenidən antisemitizm toxumu əkmək lazımdır? Bu kimə lazımdır?”” Stalin bu sözləri “Stalin mükafatı”na təqdim olunan əsərlərin müzakirəsi zamanı demişdi. 1940-cı illərdə, eyni zamanda 1949-1953-cü illərdə Stalin mükafatının üçdəbirini yəhudi millətindən olan elm, texnika, mədəniyyət və incəsənət xadimləri alıb. Onların arasında: Samuil Marşak (1942, 1946, 1949, 1951), İlya Erenburq (1942, 1948, 1951), Emmaniul Kazakeviç (1948, 1950), Mixail İsakovski (1943, 1949) və başqaları; kinorejissorlar: Yuliy Rayzman (1941, 1943, 1946 . iki dəfə, 1950, 1952), müğənnilər Mark Reyzen (1941, 1949, 1951), İvan Kozlovski (1941, 1949), aktyor İqor İlyinski (1941, 1942, 1951), bəstəkarlar Dmitri Şostakoviç (1941, 1942, 1946, 1950, 1952), Reynqold Qlier (1946, 1948,1950), skripkaçı David Oystrax (1943), karikaturçu Boris Yefimov (1950, 1951) və bir çox başqaları.
Stalin dövrünün məşhur simaları: “Stalinin səsi”- Yuri Borisoviç Levitan, Vadim Svyatoslavoviç Sinyavski, 3 beşillik ərzində 1948-1953-cü illərdə dünya şahmat taxtasına hakim olan Mixail Moiseyeviç Botvinnik, Stalinin ən yaxın silahdaşlarından biri, SSRİ dağılmazdan az əvvəl vəfat edən “sonuncu mogikan” Lazer Moiseyeviç Kaqanoviç. Kaqanoviçlə birgə Stalinin ölümünə qədər onun yanında olan MK üzvləri general-polkovnik Lev Zaxaroviç Mexlis və üç dəfə Sosialist Əməyi Qəhrəmanı general-polkovnik Boris Lvoviç Vannikov.
1949-cu ildə Siyasi Büronun 11 üzvünün 9-nun – İosif Stalin də daxil olmaqla (Stalinin ilk nikahından olan qızının övladları yarı yəhudi idi) qohumları yəhudi idi.
Yəhudi əsilli akademik L.D. Landaunun mövqeyini əks etdirən və 1947-ci ilə aid olan sənəddə akademik yazırdı: “Vətənpərvərlik xətti bizim elmimizə ziyan verir. Biz öncül elm və texnikadan daha çox uzaq düşürük. Mən beynəlmiləlçiyəm. Mən elmi sovet və xarici elmlərə bölmürəm. Mənimçün bu və ya digər kəşfi kimin etməsinin heç bir fərqi yoxdu. Ona görə də mən sovet və rus elminin vətənpərvərliyinin mübaliğəli şəkildə xüsusi vurğulanmasında iştirak edə bilmərəm”. Bu müxalif əhval-ruhiyyəyə baxmayaraq, məhz bu illərdə Lev Landau 3 dəfə (1946, 1949,1953) Stalin mükafatı alır.
Stalin yəhudi xalqının xilaskarıdır. Stalinin vəfatı günü İsraildə milli matəm elan olundu. Yaşlı yəhudilər onlara vətəni bağışlayan şəxsi həmişə minnətdarlıqla xatırlayırdılar.
Amma çox maraqlıdır ki, İsraildə heç kim öz xilaskarına minnətdarlıq nümunəsi olaraq heykəl qoymağa “macal tapmayıb”...
İsrail dövlətinin yaradılması prosesi növbəti yazıda...
Yaqut Əliyeva

4457