«Yaponlar adaları Çinə güzəştə getməyəcək»
27 sentyabr 2012 05:24 (UTC +04:00)

«Yaponlar adaları Çinə güzəştə getməyəcək»

lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Yaponiyanın baş naziri Yösixito Nabe jurnalistlərə bildirib ki, adalar tarixi və beynəlxalq hüquqi baxımından Yaponiyaya məxsus ərazidir.

BMT Baş Assambleyasının dəhlizində o, həmin adalarla bağlı daha sonra deyib:«Onlar Yaponiyanın ayrılma hissəsidir. Tarix belə qurulub, beynəlxalq hüquq normaları belədir».

Xatırladaq ki, Çinin etirazlarına baxmayaraq, Yaponiya hökuməti Senkaku adalarını (Çin bu adaları Dyaoyuydao adlandırır) yapon vətəndaşlarının şəxsi mülkiyyətindən satın alaraq milliləşdirib. Çin Senkaku adalarını tarixi Çin əraziləri sayır və Yaponiyanın addımını qəti şəkildə pisləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar