Rusiyanın Sankt-Peterburq şəhərində 70 yaşlı “qanuni oğru” Saçino Qeqeçkori koronovirusdan vəfat edib.
Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Qeqeçkori koronavirusdan ölən ilk “qanuni oğru”dur.
Adı çəkilən avtoritet Peterburqda böyük nüfuz sahibi idi. Son illər bu şəhərdə heç bir “sxodka” onun iştirakı olmadan keçirilməzmiş.