“Müsəlman qardaşları” hərəkatının liderlərindən olan Essam al-Erian Misirdə həbsxanada vəfat edib.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili bildirib.
Vəkil qeyd edib ki, Essam al-Erianın ölümü ilə bağlı onun ailəsinə məlumat verilib.
Misir mətbuatı Essam al-Erianın ürək tutmasından vəfat etdiyini yazıb.
Qeyd edək ki, 66 yaşlı Essam al-Erian 2013-cü sabiq Prezident Məhəmməd Mursinin devrilməsindən sonra həbs olunub. O, “Müsəlman qardaşları”nın siyasi qanadının (indiki Azadlıq və Ədalət Partiyası) vitse-prezidenti idi.
Essam al-Erian zorakılıq, qətl və casusluq ittihamları ilə həbs edilib.