“Loti Quli”ni (Nadir Səlifov) Antaliyadakı bir oteldə öldürdüyü iddia edilən mühafizəçisi Xaqan Zeyralov və sürücüsü Əmir Həmidli polis bölməsindən Serik məhkəməsinə gətirilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü təhlükəsizlik tədbirləri altında aparılan şübhəlilərə polad gödəkçələr geyindirilib.
Qeyd edək ki, hadisə ötən gün Serikin Boğazkənd rayonunda bir otlelin restoranında baş verib. Azərbaycanlı cinayət qruplaşmasının lideri N.Səlifovu yemək yediyi zaman öz mühafizəçisi başından vurub.