Bu yay dəbin əsas əlamətləri özünəinam və qeyri-adi detallarla fərqlənmək olacaq. Əgər başqalarının kölgəsində gizlənmək yox, diqqət mərkəzində olmaq istəyirsinizsə, zaman yeni trendləri kəşf edib eksperimentlərə başlamaq zamanıdır.
Lent.az bu 3 stili sizə təqdim edir:
Qladiator sandal qaydışı
Bu, sadəcə dəbin yox, əfsanənin geri dönüşüdür. Stilist qeyd edir ki, qladiator sandallar ayaqları vurğulayır və hətta sadə görünüşlərə belə orijinallıq və parlaqlıq qatır. Qladiator sandallar kətan paltarlarla, şortlarla və yüngül yay dəstləri ilə çox gözəl uyğunlaşır. Amma vacibdir: görünüşü yükləməyin, əsas diqqət qladiatorlara yönəlsin.
Japandi stili
Gözlənilməz, lakin çox diqqətçəkici trend. Stilistin sözlərinə görə, bu stil Asiya dəbi ilə Skandinaviya minimalizmini birləşdirir. Yay qarderobunda bu trend sakit rənglərlə (ağ, boz, okra, qrafit), sadə kəsimli, azad və təbii parçalı geyimlərlə özünü göstərir. Bu stil sanki sakit bir özünəinam ifadəsidir və sizi başqalarından fərqləndirəcək.
Konus formalı bra (büstqalter)
Bu trend yalnız cəsarətlilər üçündür! Stilist bildirir ki, bu model sizi şübhəsiz diqqət mərkəzinə gətirəcək. Qeyd olunan büstqalter və ya top modelləri keçmiş illərin dəbini xatırladır. Amma 2025-ci ilin yayında bu tip üst geyimləri ipək ətəklərlə və ya hündürbel cinslərlə uyğunlaşdırmaq tövsiyə olunur. Qorxulara və komplekslərə meydan oxumağın tam vaxtıdır — bu mövsüm sizin üçün dəyişikliyin və özünüifadənin başlanğıcı ola bilər.
Geyimlə özünəinam necə artır?
Bunun üçün sadəcə trendləri təkrarlamaq deyil, öz üslubunu formalaşdırmaq və "kapsul qarderob" yaratmaq vacibdir.
"Geyim, şübhəsiz ki, özünəinamımıza və əhvalımıza təsir edir. Bizə yaraşan və xoşladığımız paltarlar geyindikdə, özümüzü daha inamlı hiss edirik. Bu da davranışımıza və özümüzə münasibətimizə təsir edir. Düzgün seçilmiş bir obraz əhvalı qaldıra, günü daha məhsuldar edə və bəzən çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək edə bilər".