Mövsümün dodaq boyaları:  2025-ci ilin payız trendinin  çalarları
24 sentyabr 2025 13:01 (UTC +04:00)

Mövsümün dodaq boyaları: 2025-ci ilin payız trendinin çalarları

0

2025-ci ilin payızı gözəllik dünyasında yeni qaydalar diktə edir: yüngül yay çalarları kənara çəkilir, onların yerini isə dərin, doymuş və ifadəli rənglər tutur bu rənglər dramatik və yaddaqalan obraz yaratmağa kömək edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu mövsüm dodaq boyası obrazın əsas vurğusuna çevrilir, rəng palitrası və teksturalar isə həm cəsarətli, həm də zərif, lakin təmkinli görünüşlər yaratmağa imkan verir.

Ən önəmli trend şərab və bordo çalarları

Bu payızın ən nəzərəçarpan tendensiyası şərab və bordo rəngləridir. Dərin bordo, zəngin burqundi və məxməri şərab çalarları yenidən populyarlığın zirvəsindədir. Bu rənglər obrazı zərif və sirli edir. Xüsusilə neytral göz makiyajı və ya klassik smoky eye ilə birləşdirildikdə eleqant və dramatik effekt yaradır.

“Torus” və isti torpaq tonları

Az aktuallıq kəsb etməyən digər seçim isə isti “torpaq” tonlarıdır qəhvəyi-narıncı və terrakota spektri. Onlar gündüz makiyajı üçün ideal sayılır, payız geyimlərinin təbii palitrası ilə harmonik görünür. Bu rənglər təbii görünüş bəxş edir, dərinin istiliyini vurğulayır və xüsusilə günəşlənmiş və ya tünd dərili xanımlara çox yaraşır.

Zərif üslub sevənlər üçün soyuq tonlu “nude”

Zərif və minimalistik üslub sevənlər üçün trendlər arasında soyuq alt tonlu sakit nude rəngləri də var. Onlar “makiyajsız makiyaj” effekti yaradır, gözlərdəki və ya aksessuarlardakı parlaq detalları balanslaşdırır. Bu cür dodaq boyaları işgüzar obrazlar üçün uyğundur həm təmkinli görünüş yaradır, həm də səliqəli və müasir görünüşü təmin edir.

Qırmızı və narıncı çalarlar

Qırmızı-narıncı palitra da mövqeyini itirmir klassik soyuq qırmızıdan tutmuş isti “pomidor” tonlarına qədər. Bu çalarlar qırmızı dodaq boyasını əbədi klassika statusuna qaytarır: onlar inam bəxş edir və görünüşü daha ifadəli edir. Stilistlər tekstura ilə sınaq aparmağı məsləhət görürlər: mat dodaq boyaları axşam çıxışları üçün ən ideal seçimdir, gündüz makiyajı üçün isə atlasvari və krem teksturalı pomadalar favorit sayılır.

Mövsümün ümumi tendensiyası

Payız 2025-in əsas mesajı çalar və tekstura zənginliyidir. Bu, dodaq boyasını istənilən əhval-ruhiyyəyə və tədbirə uyğunlaşdırmağa imkan verir. Mövsüm həm ifadəliliyi qorxusuz nümayiş etdirməyi, həm də təbii görünüş üçün yer saxlamağı tövsiyə edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar