Bu bərbər saçı  15 min dollara   kəsir
05 aprel 2024 13:59 (UTC +04:00)

Bu bərbər saçı 15 min dollara kəsir

Hollivudlu Filipp dünyanın ən bahalı bərbəridir. O saçı 15 min dollara kəsir. Fillipin növbəsinə düşmək üçün insanlar 1 il öncədən növbəyə dayanmalı olurlar.

Lent.az-ın xəbərinə görə, onun müştəriləri yalnız zəngin adamlardır. Filipp insanın üz quruluşuna uyğun düzüm edir, kompüter vasitəsilə ən yaraşan saç modelini seçir.

Filipp bir müştəriyə 3 günə xidmət göstərir. Əlbəttə, Filipp saça qulluq göstərərkən ən bahalı vasitələri seçir. Onun xidmətindən istifadə etmək üçün xarici ölkələrdən də müştərilər axın edir. Müştərilərin rahatlığı üçün onları hava limanında  xüsusi lüks avtomobillə qarşılayıb, yola salır. Qonaqlar studiyaya mühafizəçilərin müşaiyəti ilə gəlib gedirlər.

Onun əsas müştəriləri Hollivud ulduzları və milyarderlərdir.

Şahzadə Meqan Marklın  toyu günü saçlarını bəzəmiş, deyilənə görə bu xidmətə görə 45 min dollar bəxşiş almışdı.
 

# 2430
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar