Dünyanın  ilk “ətir”saatı   təqdim olundu
16 aprel 2024 12:46 (UTC +04:00)

Dünyanın ilk “ətir”saatı təqdim olundu

“Vacheron Constant”in dünyanın ilk “ətir” saatını təqdim edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, İsveçrənin saat şirkəti, Parisli “Yiqing Yin” və “Paco Rabanne”dən Lady Million kimi məşhur ətirlərin müəllifi və tanınmış parfümer Dominik Ropionun əməkdaşlığı sayəsində mümkün olub.

37 mm-lik çəhrayı qızılı saat qadına xas incəliyi və bezeldəki gözqamaşdırıcı brilyant sırası, həmçinin ayın görünüşünü vurğulayan yasəmən sədəf siferbatı ilə sahibini və ətrafdakıları ovsunlayır. Cəlbedici estetika ilə yanaşı, saat qayışının xüsusi aroması ilə diqqəti cəlb edir.

Ropion dəri ilə təmasda olduqda və ya hərəkət zamanı istifadəçi ilə təsadüfi qarşılıqlı əlaqədə olan orijinal bir ətir hazırlayıb. Ətir lavanda və portağal çiçəyi notları ilə açılır. 

Sədəf siferblatlı saat, qeyri-adi tikmə və mirvari qırıqları ilə bəzədilmiş orijinal “Haute Couture” kəməri ilə tamamlanır. Bu, dünyanın ilk ətir saatıdır.

Kolleksiyaya iki saat daxildir: biri ətirli, ikincisi isə korpusun arxa tərəfində Yiqing Yin adı həkk olunmuş 100 ədəddən ibarət eksklüziv saatlardır. Dəstə həmçinin Haute Couture dizayneri tərəfindən hazırlanmış üç rəngli dəyişdirilə bilən qayış daxildir.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Sevinc Fərid

Oxşar yazılar