50 yaşdan yuxarı qadınlara yaraşmayan  saç kəsimləri
10 aprel 2026 16:09 (UTC +04:00)

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

0

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanın özünə inamını artırır.

Lent.az bu saç kəsimlərini təqdim edir:

Hansı saç kəsimləri insanı daha yaşlı göstərir?

Yaş artdıqca düzgün seçilmiş saç düzümü sadəcə stil elementi deyil, eyni zamanda ideal görünüş yaratmaq üçün vacib bir vasitəyə çevrilir. Bəzi saç modelləri üz cizgilərini daha gözəl göstərərək cavanlaşdırıcı effekt verir, digərləri isə əksinə, əlavə yaş görüntüsü yaradır və ümumi görünüşü ağırlaşdırır. Məhz buna görə 50 yaşdan sonra hansı saç düzümü seçimlərindən uzaq durmaq lazım olduğunu bilmək vacibdir.

Həddindən artıq qısa saç kəsimi

Çox qısa və kəskin xətləri olan saç kəsimləri yaşla bağlı dəyişiklikləri daha çox ön plana çıxara bilər. Bu cür modellər üzü tam açaraq qırışları və dərinin elastikliyinin azalmasını daha çox göstərir. Bundan əlavə, belə saç düzümü insana daha sərt və ağır görünüş verə bilər. Daha yumşaq və teksturalı saç modellərinə üstünlük vermək daha yaxşıdır.

50 yaşdan sonra hansı saç kəsimlərindən çəkinməlisiniz? / © www.freepik.com/free-photo

Həcmsiz uzun düz saçlar

Çox uzun, qatlanması olmayan və həcmsiz saçlar üzü daha ağır göstərə bilər. Yaş artdıqca saçlar incəldiyi üçün belə model saçın seyrəkləşməsini daha çox vurğulayır və ümumi görünüşü yorğun göstərir. Ən yaxşı seçim - orta uzunluqda, yüngül qatlı və hərəkət verən saç düzümüdür.

50 yaşdan sonra hansı saç kəsimlərindən çəkinməlisiniz? / © www.freepik.com/free-photo

Klassik, tam düz və teksturasız kare

Tam düz kəsilmiş və həcmsiz kare saç modeli çox statik görünə bilər. Bu model çənə və boyun nahiyəsini daha çox vurğulayır ki, bu bölgələr yaşla dəyişir və nəticədə insanı daha yaşlı göstərə bilər. Daha müasir, qatlı və ya yüngül asimmetrik karrə modelləri isə görünüşü daha gənc və dinamik edir.

50 yaşından sonra hansı saç kəsimlərindən çəkinmək lazımdır?

Saç kəsimi seçərkən nələrə diqqət etmək lazımdır?

50 yaşdan sonra saç düzümündə həcm və hərəkət yaradan modellərə üstünlük verilməlidir. Yumşaq xətlər, təbii görünüş və bir qədər səliqəli “dağınıqlıq” obrazı daha gənc və təravətli göstərir.

Bundan əlavə, saçın quruluşu və üz forması da nəzərə alınmalıdır ki, seçilən saç modeli həqiqətən uğurlu olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar