Xəyanət edən kişilərin arvadlarının yanında qalmasının  8 SƏBƏBİ
29 sentyabr 2021 19:39 (UTC +04:00)

Xəyanət edən kişilərin arvadlarının yanında qalmasının 8 SƏBƏBİ

Aparılan bir araşdırma, evli kişilərin 3 faizinin bir il ərzində birdən çox qadınla münasibətdə olduğunu göstərib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, araşdırmalar göstərir ki, bəzi evliliklərdə xoşbəxtlik olmasa da, boşanmaların sayı olduqca azdır. Əgər bir ailədə xəyanət edən kişidirsə, o adətən boşanmaq istəmir. Buna səbəb nədir? Əlbəttə, maraqlı səbəbləri var. Həmin səbəbləri sizinlə də bölüşürük.

1. Onlar üçün evləri hələ də ən yaxşı yerdir

Evin bütün məsuliyyəti qadının üzərindədir. Yemək bişirir və uşaqlara baxır. Kişilər üçün ev əslində yalnız istirahət yeridir. Rahat bir yeri tərk etmək də çox çətindir. Kişilər bu rahatlığı yeni başladığı həyatında tapa bilməmək qorxusundan boşanmaq istəmir. Sevgi və ehtirası başqa bir qadınla əvəz edərək həyatına davam etməyi düşünür.

2. Sadəcə, ara vermək istəyir

Ər-arvad arasında davam edən sevgiyə baxmayaraq, bəzi kişilər ara vermək və yeni macəralar aramaq istəyirlər. Bilirlər ki, qayıdanda evləndikləri qadınla elə qaldıqları yerdən davam edəcəklər. Yaxşı vaxt keçirməyin onları rahatlatacağına və yeniləyəcəyinə inanırlar.

3. Özünü axtarmış ola bilərlər

Həyat yoldaşlarını sevsələr də, özləri ilə yaşadıqları psixoloji problemlərin yeni bir başlanğıcla ortadan qalxacağına inanırlar. Başqa bir qadının varlığının onları xoşbəxt edəcəyini və hər şeyi dəyişdirəcəyini düşünürlər. Ailələrinə bağlılıqlarını davam etdirsələr də, xəyanətlərinə də davam edirlər.

4. Əslində həyat yoldaşını sevir

Bəzi kişilər, yoldaşını nə qədər çox sevsələr də, aldatmağa aludə ola bilərlər. Bir araşdırmada aldadılan və boşanmayan kişilərin 80 faizinin arvadına aşiq olduğu ortaya çıxıb. Arvadlarının qarşısında özünü günahkar hiss etməsinə baxmayaraq, əməllərindən də qalmırlar. Bu cür kişilərin mütləq psixoloji müalicəyə ehtiyacı var.

5. Həyatını tamamilə dəyişdirmək cəsarəti yoxdur

Uzun müddət mükəmməl ər və ata olmaq vərdişləri dairəsindən çıxmaq çətin ola bilər. Başqa bir qadınla münasibət qurmağa başlasa da, hazırki tarazlığını pozmaq istəmir. Ailənin təzyiqi və ətraf mühitin qınaq obyekti məsələsini buna əlavə edildikdə, kişi bu prosesdən uzaq durmaq istəyir və boşanmamaq qərarını verir

6. Bağlayıcı zəncirlər boşanmalarına mane olur

Boşanma vəkilləri, ayrılıq prosesinin ağrılı bir proses olduğu ilə razılaşırlar. Həyat yoldaşına duygusal bağlılığın olmamasına baxmayaraq, məsuliyyətli bir adam, valideyn olmaqdan yayınmağın ağrılı tərəfini görəcək.

7. Boşanma ağrısını yaşamaq istəmir

Boşanmanın yeni bir başlanğıc olması bəzi kişiləri qorxuda bilər. Boşanma prosesində baş verə biləcək qəyyumluq mübahisələri, fikir ayrılıqları, əmlak paylaşma əməliyyatları və ya əsəbiləşdirici vəkil prosesi, evliliklərini davam etdirmələrinin mümkün səbəblərindəndir.

8. Etdiyinin səhv olduğunu başa düşür və peşman olur

Arvadını aldatmaqdan peşman olan bir adam, nə edəcəyini bilməyəcək. Arvadına qarşı dürüst olmaq və hər şeyi söyləmək istəsə də, bu etiraf evliliyinin sona çatması demək ola bilər.

# 19353
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar